Çərşənbə, 24 Aprel

Rus haker qrupu Yaponiya şirkətlərini hədəfə ald

image

Tokio Metro və Osaka Metro şirkətlərinin internet saytlarına haker hücumu olub.

Xəbər verilir ki, bu barədə “Kyodo” agentliyi məlumat yayıb.

Bildirilib ki, hücumu Rusiyanın haker qrupu “Killnet” öz üzərinə götürüb.

Qrup dünən axşam Tokio Metro və Osaka Metro şirkətlərinə qarşı “DDoS” tipli kiberhücum üsulundan istifadə edib.

Xatırladaq ki, ötən gün Yaponiya hökumətinin internet saytları, o cümlədən “e-Gov” oxşar hücumlara məruz qalıb və bloklanıb.

Nazirlər Kabinetinin baş katibi Hirokazu Matsuno bildirib ki, 4 nazirliyin 23 internet saytı bloklansa da, heç bir məlumat sızması olmayıb.

Qeyd edək ki, “Killnet” haker qrupu Rusiyanın hücumları qarşısında Ukraynanın tərəfində olan ölkələrin internet saytlarına kiberhücumları ilə tanınır.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Şahdağa sulu qar yağıb

  • 23.04.2024 - 11:45
image

Azərbaycanda zəlzələ oldu

  • 23.04.2024 - 09:36
image

Rayonlara dolu yağdı - VİDEO

  • 22.04.2024 - 21:33
image

Bakıda taxta bazarı yanır

  • 20.04.2024 - 18:00
image

Paşinyandan ilk - Açıqlama

  • 20.04.2024 - 14:37