Cümə, 19 Aprel

Enerji içkilərini bu formada satanlar cəzalandırıldı

image

Qida Təhlükəsizliyi Agentliyi (AQTA) enerji içkiləri ilə bağlı xəbərdarlıq edib.

AQTA-dan verilən məlumata görə, agentlik tərəfindən istehlak bazarında enerji içkisi adı altında istehlakçılara təqdim olunan alkoqolsuz içkilərin enerji içkisi olub-olmaması, eləcə də qaydalara uyğunluğunun müəyyən edilməsi məqsədilə mütəmadi olaraq monitorinqlər, yoxlama-nəzarət tədbirləri həyata keçirilir.

Həyata keçirilən monitorinqlər zamanı enerji içkisi olmadığı halda, üzərində istehlakçılarda enerji içkisi olduğuna dair yanlış təəssürat yaradan məhsullar istehsal edən sahibkarlıq subyektlərinə və satış şəbəkələrinə ciddi xəbərdarlıq olunub. Eyni zamanda həm istehsalçı şirkətlər, həm də satış şəbəkələrinin rəhbərləri ilə görüşlər keçirilib, onlara öz fəaliyyətlərini normativ hüquqi aktların tələblərinə uyğun həyata keçirmələri barədə müvafiq göstərişlər verilib.

Qeyd edək ki, nəzarət tədbirləri çərçivəsində enerji içkiləri ilə bağlı Agentlik tərəfindən qanunvericiliklə müəyyən edilmiş vəzifələrdən irəli gələrək 2022-ci il 1 avqust tarixindən ticarət və ictimai iaşə müəssisələrində aidiyyatı qurumlarla birgə 1537 ticarət və ictimai iaşə müəssisəsində monitorinq həyata keçirilib. Monitorinqlər zamanı qeyd olunan sahədə fəaliyyət göstərən 297 ticarət şəbəkəsində enerji içkisi olmayan içkilərin enerji içkiləri kimi satışının həyata keçirildiyi vitrinlərdə satılması, həmin məhsulların qiymət kağızının üzərində məhsulun enerji içkisi kimi təqdim edilməsi kimi nöqsanlara rast gəlinib. Aşkarlanan faktlarla bağlı sahibkarlıq subyektləri barəsində qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbirlər görülüb.

Agentlik müvafiq sahədə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə bir daha xəbərdarlıq edərək bəyan edir ki, enerji içkilərinin istehsalı və satışı yalnız qanunvericiliyin tələbləri çərçivəsində həyata keçirilməli və istehlakçı hüquqlarının pozulmasına yol verilməməlidir.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

İzmirdə zəlzələ oldu

  • 19.04.2024 - 13:18
image

İsrail İrana zərbə endirib

  • 19.04.2024 - 09:20