Cümə, 29 Mart

Ana olan 13 yaşlı qızla münasibətdə olan şəxsi hansı cəza gözləyir? - YENİLƏNİB + VİDEO

image

“Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 152-ci maddəsinə əsasən, 16 yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya ona qarşı seksual xarakterli digər hərəkətlər etmək cinayətdir”.

Bunu açıqlamasında Vəkillər Kollegiyasının üzvü Leyla Bədəlova Azərbaycanda 13 yaşlı qızın ana olması ilə bağlı hadisəyə münasibət bildirərkən deyib.

“Həmin əməl 14 yaşına çatmayan şəxslərə qarşı törədildikdə 152.2-ci maddə ilə şəxs üç ildən altı ilədək azadlıqdan məhrum edilə bilər. Əgər şəxs işi zorlama ilə edibsə, bu artıq başqa maddə ilə tövsif olunur. Belə ki, Cinayət Məcəlləsinin 149.3.3-cü maddəsinə görə, təqsirkar şəxs haqqında 10 ildən 15 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub”.

Hüquqşünas qeyd edib ki, qanunvericilikdə övladdan imtina etməklə bağlı maddə yoxdur.

12:28

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Azərbaycanda 13 yaşlı qızın ana olması ilə bağlı açıqlama verib.

Qurumdan sorğusuna cavab olaraq bildirib ki, ötən gün saat 13:30 radələrində Sabunçu rayonundan ev şəraitində doğuş hadisəsinin baş verməsi ilə bağlı TƏBİB-in tabeliyində fəaliyyət göstərən Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına çağırış daxil olub:

“Təcili tibbi yardım briqadası tərəfindən 2009-cu il təvəllüdlü anaya doğuş sonrası ağırlaşmanın qarşısını almaq məqsədilə ilkin tibbi yardım göstərilib. Daha sonra təcili tibbi yardım avtomobili vasitəsilə yeni doğulmuş oğlan uşağı və zahı qadın TƏBİB-in Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutuna hospitalizasiya olunub.

Hazırda ana və uşağın vəziyyəti stabildir, tibb müəssisəsində müalicələri davam etdirilir. Uşağın çəkisi 3 600 qramdır.

Məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına məlumat verilib”.

10:51

Azərbaycanda 13 yaşlı qızın ana olması ilə bağlı bəzi məqamlar məlum olub.

Məlumata görə, hadisə Sabunçu rayonunda baş verib.

Qızın atası rəhmətə gedib və anası ilə yaşayıb.

“Azərbaycan Uşaqlar Birliyi”nin sədri Kəmalə Ağazadə bildirib ki, qızın anası nəvəsindən və öz qızından imtina edib.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat katibi Teymur Mərdanoğlu saytımıza bildirib ki, 13 yaşlı qızın ana olması ilə bağlı məlumat aidiyyəti qurumlarla birlikdə araşdırılır.

09:08

Azərbaycanda 13 yaşlı qız ana olub. 

Məlumata görə, bu barədə “Azərbaycan Uşaqlar Birliyi”nin sədri Kəmalə Ağazadə məlumat verib. 

O qeyd edib ki, ana xəstəxanaya yerləşdirilib:

“Dünən ev şəraitində 13 yaşlı qız dünyaya uşaq gətirib. O, xəstəxanaya yerləşdirilib. Doğulan uşaq sağdır, 13 yaşlı ana isə sığınacağımıza yerləşdirilməsini xahiş edir”.

K.Ağazadə qeyd edib ki, qız təcavüzə məruz qalıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən saytımıza bildirilib ki, faktla bağlı artıq araşdırma başlanılıb.

Azadsoz.com

Video

image
Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Dörd rayonda qaz olmayacaq

  • 28.03.2024 - 13:36
image

Sabah 21° isti olacaq

  • 27.03.2024 - 17:45