Cümə axşamı, 28 Mart

Qəzaya uğrayan təyyarədə ölənlərdən biri məşhur iş adamı olub

image

İspaniyanın Xeres de la Frontera hava limanından havaya qalxan və Almaniyanın Köln hava limanına gedərkən Baltik dənizinə düşən şəxsi təyyarədə olanların kimliyi məlum olub.

Kölndə nəşr olunan “Express” qəzetinin ailə üzvlərinə əsaslanaraq dərc etdiyi xəbərdə dünən axşam saatlarında qəzaya uğrayan və dağıntıları axtarmağa davam edən təyyarənin pilotunun 72 yaşlı iş adamı Peter Qrizmanın olduğu bildirilib.

Məlumata görə, Kölnlü iş adamının həyat yoldaşı Juliane, qızı Lisa və qızının sevgilisi də təyyarədə olub.

Xəbərdə Cessna 551 tipli şəxsi təyyarədən istifadə edən və Köln şəhərinin tanınmış simalarından olan Qrizmanın həm də Köln karnavalındakı qruplardan biri olan Blue Sparks-ın fəxri prezidenti olduğu bildirilib.

Dünən gecə havaya qalxdıqdan qısa müddət sonra nasaz vəziyyətdə olan təyyarə ilə radio əlaqəsi kəsilib və hündürlüyünü sürətlə itirən təyyarənin Latviyanın Ventspolis şəhəri yaxınlığında Baltik dənizinə düşdüyü müəyyən edilib.

Xilasetmə qruplarının Baltik dənizində 6 kvadrat kilometr ərazidə təyyarənin qalıqlarına çatmağa çalışdığı qeyd edilib.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Dörd rayonda qaz olmayacaq

  • 28.03.2024 - 13:36
image

Sabah 21° isti olacaq

  • 27.03.2024 - 17:45
image

Sabahdan tətil başa çatır

  • 26.03.2024 - 09:25