Bazar, 12 May

“Rusiya bu müharibədə uduzsa...” – Duqindən şok hədə

image

Ötən günlərdə terror aktı nəticəsində qızı Darya Duqinanı itirən rusiyalı politoloq Aleksandr Duqin Ukrayna müharibəsindən danışıb.

Xəbər verilir ki, Ukraynadakı müharibənin Rusiya üçün “ölüm-dirim mübarizəsi” olduğunu deyən Duqin bu ölkənin Qərbin təsiri altında olduğunu bildirib.

“Ukrayna Rusiyaya zərər vermək və onu məhdudlaşdırmaq üçün yaradılıb. Ukraynanı itirmək Qərb üçün itkidir, amma böyük itki deyil. Rusiya NATO-nun maraqlarını və varlığını, Avropa Birliyi və ABŞ-ın varlığını təhdid etmir”, - politoloq vurğulayıb.

Duqin nüvə silahlarından istifadənin mümkünlüyünə də diqqət çəkib. O, Rusiya Prezidenti Vladimir Putinin də əvvəllər nüvə silahının istifadəsi ilə bağlı açıqlamalar verdiyini söyləyib.

“Hər şey hələ də nəzarət altındadır və plan üzrə gedir. Əgər Rusiya görsə ki, bu müharibədə uduzub, suverenliyi təhlükə altındadır, şübhəsiz ki, nüvə silahından istifadə edəcək”, - Duqin deyib.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Bu gün imtahan VAR

  • 12.05.2024 - 09:00
image

Pensiya alanlara ŞAD XƏBƏR

  • 08.05.2024 - 13:44