Cümə, 29 Mart

Ankara Zaporojye AES-lə bağlı hərəkətə keçir - Ərdoğandan Putinə təklif

image

Türkiyənin Rusiyanın əlində olan Zaporojye AES ətrafında münaqişələrin dayandırılması üçün vasitəçilik təklif etdiyi iddia olunur.

Xəbər verilir ki, “Əl-Cəzirə” telekanalı Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın ötən gün Rusiya prezidenti Vladimir Putinlə telefon danışığında Türkiyənin atom elektrik stansiyası ilə bağlı taxıl dəhlizi razılaşmasına bənzər rol oynaya biləcəyini bildirdiyi barədə məlumat yayıb.

Təklif Beynəlxalq Atom Enerjisi Agentliyinin Zaporojye zavodunu şəbəkəyə birləşdirən əsas elektrik ötürücü xəttinin sıradan çıxdığını elan etməsindən dərhal sonra verilib.

Agentlik elektrik enerjisinin ehtiyat xəttlə aparıldığını bildirib. Ukrayna tərəfi daha əvvəl Rusiyanın bombardmanı səbəbindən şəbəkə bağlantısının kəsildiyini və enerji axınının qısa müddətə kəsildiyini açıqlamışdı.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Dörd rayonda qaz olmayacaq

  • 28.03.2024 - 13:36
image

Sabah 21° isti olacaq

  • 27.03.2024 - 17:45