Cümə, 19 Aprel

Makron: Kim istəyər ki, Rusiya ilə danışan yeganə ölkə Türkiyə olsun?

image

“Kim Türkiyənin Rusiya ilə danışmağa davam edən yeganə dünya gücü olmasını istəyər?..”

Xəbər verilir ki, bunu Fransa prezidenti Emmanuel Makron deyib.

Yelisey sarayında Fransa səfirlərinin görüşündəki çıxışında o, Ukraynaya hücumdan sonra sülhə nail olmaq üçün Rusiya ilə dialoqun zəruriliyinə işarə edib.

Fevralın 24-də hücumlara başladıqdan sonra Rusiya prezidenti Vladimir Putinlə bir neçə dəfə telefonla danışan Makron dialoqla bağlı “Kim istəyər ki, Türkiyə Rusiya ilə danışmağa davam edən yeganə dünya gücü olsun?” ifadəsini işlədib.

Makron əlavə edib ki, diplomatın işi hamı ilə, xüsusən fikir ayrılığı olanlarla danışmaqdır: “Biz müttəfiqlərimizlə koordinasiyalı şəkildə danışıqları davam etdirəcəyik”.

Dünya güclərinin “danışıqlı sülhə” hazırlaşmalı olduğunu ifadə edən Makron bunun vaxt və şərtlərinin Ukraynadan asılı olduğunu vurğulayıb.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Bu ölkə İrana nota verdi

  • 15.04.2024 - 15:17
image

Tokayev İrəvandadır - FOTO

  • 15.04.2024 - 11:28