Cümə axşamı, 25 Aprel

“Fənərbağça” Ronaldonu alır? - Klubdan AÇIQLAMA

image

Türkiyənin “Fənərbağça” klubunun İdarə Heyətinin üzvü Səlahəddin Baki “Mançester Yunayted”in hücumçusu Kriştiano Ronaldonun İstanbul klubuna keçə biləcəyi ilə bağlı yayılan iddialara münasibət bildirib.

Xəbər verilir ki, klub rəsmisi bunun həqiqətə uyğun olmadığını bildirib.

“Bu, son zamanlar eşitdiyim ən böyük yalandır” - Baki “Sport Express”ə açıqlamasında qeyd edib.

Qeyd edək ki, Türkiyə mətbuatı 37 yaşlı forvardın Türkiyə klubuna keçə biləcəyini yazıb və “Fənərbağça”nın portuqaliyalının transferi üzərində çalışdığını qeyd edib.

İddialara görə, Ronaldo artıq klubla şəxsi müqavilənin şərtlərini razılaşdırıb. Onun həmyerlisi, “Fənərbağça”nın baş məşqçisi Xorxe Jesus portuqaliyalı ilə şəxsən danışıb. O, futbolçunu transferə razı salıb.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabah 31 dərəcə isti olacaq

  • 24.04.2024 - 10:39
image

Şahdağa sulu qar yağıb

  • 23.04.2024 - 11:45
image

Azərbaycanda zəlzələ oldu

  • 23.04.2024 - 09:36
image

Rayonlara dolu yağdı - VİDEO

  • 22.04.2024 - 21:33