Cümə, 19 Aprel

Bakıda keçiriləcək beynəlxalq turniri 16 ölkənin telekanalı yayımlayacaq

image

Bakıda keçiriləcək karate üzrə Premyer Liqa turnirini hansı ölkələrin TV-lərinin yayımlayacağı bilinib.

Ümumdünya Karate Federasiyasının (WKF) saytına istinadən xəbər verir ki, 16 ölkənin telekanalı 4 sentyabrda keçiriləcək medal görüşlərini göstərəcək.

Bunlar Əlcəzair, Bəhreyn, Xorvatiya, Misir, İran, İraq, İtaliya, Livan, Liviya, Mərakeş, Qətər, Səudiyyə Ərəbistanı, İspaniya, Suriya, Türkiyə və BƏƏ telekanallarıdır. Bunlardan Xorvatiyanın SPTV, İranın "Volant Media", İtaliyanın "Sky İtalia Rai", Mərakeşin "Arryadia" (SNRT), İspaniyanın "Teledeporte" (RTVE) və Türkiyənin "TRT Spor" telekanalları eksklüziv yayım hüquqlarına malikdir.

Azərbaycandan isə hansı telekanalın yarışı canlı göstərəcəyi hələ ki bilinmir.

WKF-in "Yutub" kanalı isə həm təsnifat, həm də medal görüşlərini canlı olaraq göstərəcək.

Qeyd edək ki, Bakıda ilk dəfə keçiriləcək karate üzrə Premyer Liqa turniri 2-4 sentyabrda baş tutacaq. Heydər Əliyev adına İdman Kompleksində baş tutacaq yarışda təsnifat döyüşləri 2-3 sentyabr saat 09:00-da başlayıb, 20:30-da başa çatacaq. 4 sentyabrda keçiriləcək final döyüşləri isə 15:30-18:30 radələrində keçiriləcək.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

İzmirdə zəlzələ oldu

  • 19.04.2024 - 13:18
image

İsrail İrana zərbə endirib

  • 19.04.2024 - 09:20