Cümə axşamı, 25 Aprel

Məhkəmə Gülşənin etirazını rədd etdi

image

Ev dustaqlığına buraxılan müğənni Gülşən Çolakoğlunun etiraz ərizəsi rədd edilib.

Xəbər verilir ki, bu barədə “NTV” məlumat yayıb.

Bildirilib ki, müğənninin vəkili İstanbul Ədliyyə Sarayına gedərək ev dustaqlığı qərarının qaldırılması üçün ərizə təqdim edib. İddia İstanbul Sülh Cəza Hakimliyi tərəfindən qiymətləndirildikdən sonra rədd edilib. Gülşənin “evi tərk etməməsi” ilə bağlı məhkəmə nəzarətinin davam etdirilməsi qərara alınıb.

Xatırladaq ki, konsertlərindən birində Gülşənin dediyi “İmam Hatipdə oxuyub, əxlaqsızlığı oradan gəlir” sözləri həmin liseydə oxuyanları və məzunları, eləcə də dindarları qəzəbləndirib. Müğənni İmam Hatip liseyinin məzunlarını hədəf alan sözlərindən sonra saxlanılıb, daha sonra həbs edilib. Onun həbsi ictimaiyyət nümayəndələri, o cümlədən tanınmış şəxslər arasında narazılığa səbəb olub. Gülşən özünü günahkar hesab etməyib və həbs olunmadan mühakimə olunmaq istədiyini bildirib.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabah 31 dərəcə isti olacaq

  • 24.04.2024 - 10:39
image

Şahdağa sulu qar yağıb

  • 23.04.2024 - 11:45
image

Azərbaycanda zəlzələ oldu

  • 23.04.2024 - 09:36
image

Rayonlara dolu yağdı - VİDEO

  • 22.04.2024 - 21:33