Cümə axşamı, 28 Mart

Abşeronun bəzi yerlərində qaz olmayacaq - XƏBƏRDARLIQ

image

Abşeron rayonunun bir hissəsinin qaz təchizatında fasilə yaranacaq.

Xəbər verilir ki, bu barədə “Azəriqaz” İB məlumat yayıb.

“Qaz İxrac” İdarəsinə məxsus “Hövsan-Digah-Qaradağ” yüksək təzyiqli Magistral Qaz Kəmərinin müəyyən hissələrinin dayaqlar üzərinə qaldırılması ilə bağlı, sentyabrın 2-də saat 08:00-dan işlər başa çatanadək “Novxanı” və “Mehdiabad” QPS-lərdən, “SOCAR PETROLEUM” QSC-yə məxsus 20 saylı yanacaq doldurma məntəqəsi ölçü qovşağından qaz təchizatının dayandırılması planlaşdırılır.

Təmir işləri aparılan müddətdə Abşeron rayonunun Novxanı kəndinin, Bağlar massivinin və Mehdiabad qəsəbəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Dörd rayonda qaz olmayacaq

  • 28.03.2024 - 13:36
image

Sabah 21° isti olacaq

  • 27.03.2024 - 17:45