Cümə, 26 Aprel

Məşhur rusiyalı aktyor Qorbaçovu satqın adlandırdı

image

Məşhur rusiyalı teatr və kino aktyoru Stanislav Sadalski  SSRİ-nin ilk və yeganə prezidenti Mixail Qorbaçovun vəfatı ilə bağlı xəbərə münasibət bildirib. 

Xəbər verilir ki, o, siyasətçi haqqında bircə dənə olsun xoş söz deyə bilməyəcəyini etiraf edib.

Sadalskinin fikrincə, Qorbaçov təhsilsiz və satqın idi: “Onun haqqında bir dənə də olsun yaxşı söz deyə bilmərəm, ağıllı deyildi, savadsız və  satqın idi. Mən həmişə SSRİ-dən olduğum üçün fəxr etmişəm…”

Qeyd edək ki, SSRİ-nin eks-prezidenti Mixail Qorbaçov  avqustun 30-da ağır və uzun sürən xəstəlikdən sonra 92 yaşında Rusiya Mərkəzi Klinik Xəstəxanada vəfat edib.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabah 31 dərəcə isti olacaq

  • 24.04.2024 - 10:39
image

Şahdağa sulu qar yağıb

  • 23.04.2024 - 11:45
image

Azərbaycanda zəlzələ oldu

  • 23.04.2024 - 09:36
image

Rayonlara dolu yağdı - VİDEO

  • 22.04.2024 - 21:33