Cümə, 19 Aprel

“Zelenski Yeni il gecəsini görməyəcək, hətta Bayden də...” – Şok iddia

image

“ABŞ Rusiya ilə müharibəni davam etdirən Ukrayna ilə arasında məsafə qoymağa başlayıb”.

Xəbər verilir ki, bu barədə Türkiyənin “Yeni Şafak” qəzetində dərc olunan məqalədə bildirilib.

Müəllifi Nedret Ersanel olan məqalədə Rusiya-Ukrayna müharibəsi ətrafındakı son gəlişmələrə diqqət çəkilib:

“Zelenski Yeni il gecəsini görməyəcək” deyirlər (Qərbdə). Yəni dörd aylıq ömrünün qaldığını iddia edirlər. Təbii ki, cümlənin qalan hissəsi belədir: Rusiya ilə kompromisə gedəcək yeni hərbi hökumət qurulacaq.

Bəs Kiyevdə bunun üçün şərtlər formalaşıbmı?

Birincisi, ordunu tanımaq lazımdır. Silahlı qüvvələrlə bağlı araşdırma aparmaq asan deyil. Bununla belə, Zelenskinin döyüş meydanından xəbər ala bilmədiyinə dair çoxlu fərziyyələr var, demək olar ki, bunlar təsdiqlənib. Əminliklə deyə bilərik ki, oxşar vəziyyət milli təhlükəsizlik və kəşfiyyat orqanlarında da yaşanır, çünki ardıcıl işdən çıxarılmalar hamının gözü qarşısında baş verir.

Yaranmış durumla bağlı bunları sadalamaq olar: orduya Qərb tərəfdarlarının təsiri, Rusiya ilə müharibədən narazı olanlar, yorğunlar və müharibənin sonadək davam etməsini istəyənlər.

Əsl sual buradan gələcək: hakimiyyət çevrilişini kim edəcək? Çox güman ki, ABŞ tərəfindən dəstəklənənlər. Rusiya ilə uzlaşmaq istəyi maneə deyil.

İkincisi, hər gün Qərbin Ukraynaya hərbi dəstəyi haqda oxuyuruq. Amma məsələnin gerçək tərəfi budur ki, heç kim barmağını tərpətmir. Deyirlər ki, Avropa ölkələrinin səhmləri onların təhlükəsizliyini təhdid edəcək qədər azalıb. Almaniya, İtaliya, Fransa artıq açıq şəkildə kənara çəkilir. Nəhayət, ABŞ-ın vəd etdiyi təxminən 3 milyard dollarlıq yardım paketi isə müdafiə sənayesi podratçılarına və subpodratçılara gedəcək. Üstəlik, bu, illər çəkəcək bir ödənişdir. Bunun da yaraya dərman olması mümkün görünmür.

Ümumilikdə mediaya nəzər salanda düşünə bilərsiniz ki, ABŞ və Avropa Ukraynaya yardım yağdırır. Elə bazar ertəsi Almaniya xarici işlər naziri Berbok müharibə illərlə uzansa belə, Ukraynaya hərbi və maliyyə dəstəyi vəd etdi. Berlində isə edilən zarafat belədir: “Berbok Zelenskidən də əvvəl gedə bilər”.

Ciddi bir misal deyim: avqustun 28-də Almaniya Hesablama Palatası bir hesabat dərc etdi. Bu hesabata görə, Almaniyada pensiya və sosial məsələlərlə bağlı xərclər sistemli şəkildə çoxalıb: “Müharibə və pandemiya səbəbindən dövlət xərcləri gözlənilməz dərəcədə artdı. Ona görə də 2040-cı ilə qədər dövlətin kassasında pul olmaya bilər”.

İflas mesajı kimi görünür? Elə deyilmi?

Amerika Konqresinin sızlayacağı ehtimalı da qorxu yaradır. Amerikada hər şey noyabr seçkilərinə bağlı olduğundan, Ukraynada bu xarizmanın darmadağın olması arzu edilmir.

Üçüncüsü, qlobal atmosfer də korlanır. Avqustun 25-də BMT-də Rusiyanı qınamaq üçün imzatoplama başladı. 193 ölkədən cəmi 58-ni toplaya bildilər. Mart ayında eyni sənədi 141 nəfər imzalamışdı.

Dördüncü, işin rənginin dəyişdiyinin ən güclü göstəricisi budur: bir neçə gün əvvəl Ukraynanın Müstəqillik Günü idi. Ağ Ev və Bayden qəribə təbrik mesajı verdi. O, Zelenski və ya Kiyev administrasiyasına bir söz belə həsr etmədi. Yəni Bayden məsafə qoyur.

Beşincisi, artıq heç kim qələbədən danışmır. Hamı “diplomatiya” deyir. Əgər bunu döyüşən tərəf desə, gözünüz “ağ bayraq”ı axtarmalıdır”.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Bu ölkə İrana nota verdi

  • 15.04.2024 - 15:17
image

Tokayev İrəvandadır - FOTO

  • 15.04.2024 - 11:28