Şənbə, 20 Aprel

Modelyer simic müğənnilərdən danışdı: “Kitayski“ parçadan 15-20 manata tikilən geyimlər...“

image

Xəbər verdiyimiz kimi, müğənni Damlanın son konsertində səhnədəki geyimi sosial şəbəkələrdə tənqid edilib. İnsanlar müğənninin fotosunu paylaşaraq geyimin ona yaraşmadığını, bədən quruluşuna uyğun olmadığını bildiriblər. 

Xarici ölkələrdə səhnə adamları konsert və qatıldıqları tədbirlər üçün xüsusi geyimlər tikdirdiyi halda, ölkəmizdə sənətçilərin görkəminə laqeyd yanaşması tez-tez müzakirə edilir.

Xəbər verilir ki, mövzu ilə bağlı danışan modelyer Şəlalə Maqsudova bu yanaşmalarından dolayı müəğnniləri qınadığını deyib. O bildirib ki, səhnə adamlarının işlərindən çox geyimi ilə tənqid edilməsi əksəriyyətin professionallarla işləməməsindən qaynaqlanır:

“Belə olanda bu cür görüntü ortalığa çıxır. Əslində, Damlaya deməlidirlər ki, sənin vücudun bu geyimə heç cür uyğun deyil. Nə qədər əməliyyat olunsan da, liposaksiya etdirsən də, sən yenə o deyilsən. Bədəninin forması elədir ki, həm geyimi, həm də özünü bərbad göstərir. Əslində, bu, səhnə geyimidir, amma geyimi həm ortalığa çıxaran bədən, həm də adam lazımdır. Fikir verin, paltarın hər tərəfi büzük, döşaltı hissəsi çirkin qalıb, üstəlik şalvarın altındakı şortik nə gündədir.

Yəni bu stilistlər başa sala bilmirmi ki, bu şortiki geyinirsə, heç olmasa, altından bədən yığan geyimdən istifadə etmək lazımdır. Müğənnimiz bu səhnə geyimində çox gülünc görünür.

Bizə də çox müğənnilər müraciət edir. Qarşı tərəfin fikrini önəmsəmirəm. Yəni kiminsə istəyinə uyğun tikilən paltarın vizual görüntüsü modelyer olaraq məni qane etmirsə, onun istədiyi geyimin üzərində işləyə bilmərəm. Çünki müğənni səhnədə minlərlə, milyonlarla insanın gözü qarşısında olacaq”.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

İzmirdə zəlzələ oldu

  • 19.04.2024 - 13:18
image

İsrail İrana zərbə endirib

  • 19.04.2024 - 09:20