Çərşənbə axşamı, 07 May

Xanım İbrahimovanın “xalça” sərgüzəştləri – Fuad Muradova verilən mesaj

image

23 aprel tarixində Azərbaycanın İsveçrə Konfederasiyası və Luksemburq krallığındakı fövqəladə və səlahiyyətli səfiri Xanım İbrahimova vəzifəsindən geri çağrılıb. Xanım səfirinin vəzifəsini itrməsinə isə fəaliyyəti müddəti ərzində yol verdiyi bir sıra nöqsanların səbəb olduğu ehtimal edilir. 

Belə ki, 4 il bundan əvvəl İsveçrəyə səfir təyin olunan Xanım İbrahimova həmin ölkənin rəhbərliyinə hədiyyə kimi göndərilən çox bahalı bir xalçanı satdığı və onun yerinə saxta xalça hədiyyə etdiyi məlum olub.

Məlumatlara görə, Xanım İbrahimova qiyməti 500 min avrodan yuxarı olan orjinal xalçanı Bakıda gizli yolla satışa çıxarıb və xalçanın qiymətinə çox bahalı bir villa alıb. Hadisəni gizlətmək üçünsə villanı özünün yox, yaxın qohumunun adına keçirib.Sırf əl işi olan ipək xalçanın saxtası ilə əvəzlənməsi Azərbaycan rəhbərliyinin İsveçrədən gözlədiyi təşəkkürün gəlməməsi səbəbindən aşkarlanıb. 

Araşdırmalar zamanı məlum olub ki, Xanım İbrahimova tərəfindən İsveçrə rəhbərliyinə ipək yox, sintetik xalça hədiyyə edilib. Xalçanın satışı isə Mədəniyyət nazirinin antik əşyaların satışı ilə məşğul olan əlaqələri vasitəsilə həyata keçirilib.

Araşdırma zamanı o da aydınlaşdırılıb ki, Xanım İbrahimova Əbülfəs Qarayevin həyat yoldaşının rəfiqəsidir. Mədəniyyət naziri Əbülfəs Qarayev də məhz bu yolla prosesə daxil edilib.

Digər maraq cəlb edən məqam isə Xanım İbrahimova ilə Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov arasındakı münasibətlərdir. Bir neçə dəfə Fuad Muradovun Avropadakı qanunsuz əməllərini ört-basdır etdiyi məlum olan Xanım İbrahimova komitə sədri ilə şəxsi münasibətlərinin olduğu da məlumdur. 

Xanım İbrahimovanın vəzifədən uzaqlaşdırılma tarixi olan 23 aprel həm də Fuad Muradovun Komitə sədri təyin olunduğu tarixlə üst-üstə düşür. Ehtimal edilir ki, Xanım İbrahimovanın vəzifədən uzaqlaşdırılması ilə Fuad Muradova da ciddi mesaj verilib. Son illərdə ciddi nöqsanlarla gündəmə gələn Fuad Muradovun da vəzifədən kənarlaşdırılacağı gözlənilir. 

Qeyd edək ki, cəmi 41 yaşı olan Xanım İbrahimovanın diplomatik korpusda yüksəlişi xeyli sürətli olub. O, 19 yaşından diplomat kimi fəaliyyət göstərir. İsveçrəyə səfir təyin olunmamışdan əvvəl Azərbaycan Respublikasının BMT yanında Daimi Nümayəndəliyində müşavir vəzifəsində işləyib. Uğurlu diplomatik fəaliyyəti sayəsində Azərbaycan Prezidenti tərəfindən “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilib.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Messi yeni rekorda imza atıb

  • 06.05.2024 - 19:32
image

Türkiyədə benzin ucuzlaşdı

  • 06.05.2024 - 12:51
image

Rusiya onu da axtarışa verdi

  • 06.05.2024 - 08:56
image

5-6 mayla bağlı XƏBƏRDARLIQ

  • 04.05.2024 - 18:24
image

İsa Qəmbər qayıdır?

  • 02.05.2024 - 14:58