Çərşənbə, 24 Aprel

Maska tələbi bu vaxtdan qüvvəyə minə bilər

image

“Payız və qışda sərnişin avtobuslarında, xəstəxanalarda, metroda maskanın taxılması məcburi ola bilər. Virus həyatımızdan tamamilə çıxmayıb”.

Bunu infeksionist-həkim Mərdan Əliyev açıqlamasında bildirib. İnfeksionist qeyd edib ki, yoluxma sayında artım olsa da, koronavirus çox sürətlə yayılmır:

“Artıq kollektiv immunitet formalaşıb deyə koronavirus yavaş-yavaş davam edir. Pik nöqtəyə çatmasına hələ var. Yəqin bu, payızda baş verəcək. Xəstəxana şəraitində müalicəsi tələb olunanların sayı da çox deyil. Karantin qaydalarının sərtləşdirilməsi, məhdudiyyətlərin olmas inandırıcı deyil. Heç payızda belə, məhdudiyyətlərə gediləcəyini düşünmürəm. Lakin maska tələbi gündəmə gələcək. Bir müddət öncə Səhiyyə Nazirliyi maska ilə bağlı bir neçə dəfə tövsiyə xarakterli fikirlər səsləndirib. Doğrudur, yoluxma riski çox olan yerlərdə fərdi şəkildə insanlar maska taxır. Lakin yaxın gələcəkdə maska tələbi məcburi hal ala bilər”.

M.Əliyev hesab edir ki, növbəti ildən koronavirus hər il bu mövsümi xarakterli qrip kimi olacaq və bitəcək:

"Yəni pandemiya formasında olmayacaq. Sadəcə, bizdə yoluxma sayı çox hesab olunur. Düşünürəm ki, gələn ildən rəqəmlər azalacaq. Əslində 500-700 rəqəmləri çox deyil. Yəqin ki, bir müddət sonra bunun statistikasını heç aparmayacaqlar. Gələn ildən koronavirus aktuallaığını itirəcək”.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabah 31 dərəcə isti olacaq

  • 24.04.2024 - 10:39
image

Şahdağa sulu qar yağıb

  • 23.04.2024 - 11:45
image

Azərbaycanda zəlzələ oldu

  • 23.04.2024 - 09:36
image

Rayonlara dolu yağdı - VİDEO

  • 22.04.2024 - 21:33