Bazar, 12 May

Bakıda bir ailənin 4 üzvü yol qəzasına düşüb

image

Bakıda xəsarətlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Məlumata görə, hadisə Xəzər rayonunda qeydə alınıb. Buzovna qəsəbəsində iki avtomobilin toqquşması nəticəsində ər, arvad və 2 övladları (şəxsiyyətləri dəqiqləşdirilir-red) xəsarət alıblar.

Yaralılar təcili tibbi yardımın köməkliyi ilə 3 saylı şəhər Klinik Xəstəxanasına çatdırılıblar. Qəza zamanı xəsarət alan azyaşlılardan biri - 2008-ci il təvəllüdlü Məhərrəmli Səid İftixar oğlunun kimliyi müəyyən olunub.

Hadisənin təfərrüatı araşdırılır.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Bu gün imtahan VAR

  • 12.05.2024 - 09:00
image

Pensiya alanlara ŞAD XƏBƏR

  • 08.05.2024 - 13:44