Cümə, 03 May

“ABŞ bəşər tarixində görünməmiş nüvə şantajına əl atıb”- Züqanov

image

“Ukrayna ordusu ABŞ-ın diktəsi ilə “Zaporojye” atom elektrik stansiyasını və Qorlovkadakı “Stirol” kimya zavodunu atəşə tutmaqda davam edir”.

Xəbər verilir ki, bunu Rusiya Kommunist Partiyasının sədri Gennadi Züqanov bildirib.

Siyasətçinin sözlərinə görə, ABŞ bəşər tarixində görünməmiş nüvə şantajına əl atıb. O, 1945-ci ildə ABŞ-ın heç bir hərbi zərurət olmadan Yaponiyaya iki nüvə bombası atdığını, 200 min dinc sakinin həlak olduğunu xatırladıb.

Züqanov həmçinin hesab edir ki, “Zaporojye” AES-dəki fəlakət yalnız Vaşinqtona sərf edir: “ABŞ-ın buna ehtiyacı var, çünki anqlo-saksonlar dünya üzərində nəzarəti və hökmranlığını itirirlər. Onlar 50 ildir planeti idarə etməyi və hamıya əmr etməyi xoşlayırdılar. Ancaq bu dövr əbədi olaraq bitir”.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

İsa Qəmbər qayıdır?

  • 02.05.2024 - 14:58
image

Sabah 28° isti olacaq

  • 01.05.2024 - 13:15
image

Sabaha olan hava proqnozu

  • 29.04.2024 - 15:40
image

Bazar günü imtahan olacaq

  • 29.04.2024 - 14:15