Cümə axşamı, 02 May

Benzema ilin oyunçusu, Ancelotti isə ilin baş məşqçisi oldu - FOTO

image

Kərim Benzema UEFA tərəfindən ilin ən yaxşı oyunçusu seçilib.

Madrid “Real”ının fransız hücumçusu mükafatı Çempionlar Liqasının 2022/23 mövsümünün qrup mərhələsinin püşkatma mərasimindən sonra alıb.

Mövsümün ən yaxşı oyunçusu mükafatı uğrunda Benzemanın komanda yoldaşı Tibo Kurtua və “Mançester Siti”nin yarımmüdafiəçisi Kevin de Bruyne də mübarizə aparırdı.

“Real”ın baş məşqçisi Karlo Ançelotti isə öz sahəsi üzrə ilin ən yaxşısı olub. O, bu ad uğrunda mübarizədə Yurgen Klopp (“Liverpul”) və Pep Qvardiolanı (“Mançester Siti”) qabaqlayıb.

Ançelottinin rəhbərliyi altında Kral klubu ötən mövsüm Çempionlar Liqasının qalibi olub.

 

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

İsa Qəmbər qayıdır?

  • 02.05.2024 - 14:58
image

Sabah 28° isti olacaq

  • 01.05.2024 - 13:15
image

Sabaha olan hava proqnozu

  • 29.04.2024 - 15:40
image

Bazar günü imtahan olacaq

  • 29.04.2024 - 14:15