Cümə axşamı, 02 May

Bodrumda azərbaycanlı modellə eks-deputat arasında dava – FOTO

image

Türkiyənin Bodrum şəhərində yerləşən məşhur “Mandarin Oriental” otelində müxalifətdə olan Cümhuriyyət Xalq Partiyasından olan sabiq deputat, tanınmış türk iş adamı Aydın Ayaydın ilə azərbaycanlı model, İran əsilli iş adamı Manuçehr Ahadpurun həyat yoldaşı Diana Ahadpur dava edib.

Hadisənin şahidi “Sabah” qəzetinin müxbiri Ömər Karahan olub.

Onun sözlərinə görə, hadisə Diana Ahadpurun altı yaşlı oğlunun dənizə girərək su sıçratmağa başlaması səbəbindən baş verib. Bu, uşağa qışqıran Aydın Ayaydını əsəbləşdirib. Oğlan göz yaşları içində anasının yanına qaçıb. Diana Ahadpour dərhal kişiyə yaxınlaşaraq narazılığını bildirib: “Niyə uşağıma qışqırırsan? Mənə şikayət elə, uşağı niyə qorxudursan?”

Bu da modelə hücum edən Aydın Ayaydını qəzəbləndirib və onu təhqir etməyə başlayıb. “Get burdan. Öz ölkənizə qayıdın, donuzlar. Çıxın”, – deyə qəzəblənən deputat bildirib. Aydın Ayaydın hadisənin internetdə yayılan videoda lentə alındığını biləndə Diana Ahadpur və ailəsindən üzr istəməyə qərar verib.

Azərbaycanlı model Diana Ahadpur 1986-cı ildə Tbilisidə anadan olub. O, Bakıda təhsil alıb və Diana Ahadpour brendinin yaradıcısıdır. O, həmçinin Azərbaycan, BƏƏ və bir sıra başqa ölkələrdə model biznesinin sahibidir. Modelin əri hazırda Dubayda yaşayır.

 

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabah 28° isti olacaq

  • 01.05.2024 - 13:15
image

Sabaha olan hava proqnozu

  • 29.04.2024 - 15:40
image

Bazar günü imtahan olacaq

  • 29.04.2024 - 14:15