Cümə axşamı, 02 May

Yüz min ödəyən ermənilər 5 ay əsgərlik çəkəcəklər

image

Ermənistan Müdafiə Nazirliyi müqavilə əsasında hərbi xidmətin, eləcə də sıravi heyətin qısamüddətli məcburi hərbi xidmətə pul ödəmək şərti ilə yeni sistemin tətbiqini təklif edən yeni layihəni ictimai müzakirəyə çıxarıb.

Xəbər verilir ki, əsasnaməyə görə, qanun layihəsinin qəbulu Ermənistan hökumətinin 2021-2026-cı illər planı ilə şərtlənir.

“Proqrama uyğun olaraq müqavilə əsasında hərbi xidmətə daxil olmanın cəlbediciliyini və marağının artırılması, peşəkar müqavilə əsasında hərbi xidmətin inkişafı üçün ilkin şərtlərin yaradılması, habelə sıravi hərbi xidmətdən icbari hərbi xidmətdə keçidin yeni sisteminin tətbiqi zərurəti ilə zabitlərin sıravi hərbi qulluqçuların icbari hərbi xidmət əvəzinə müqavilə əsasında hərbi xidmətə cəlb edilməsi və sıravi heyətin qısamüddətli müddətli hərbi xidmət keçməsi qaydası tətbiq edilsin”, – deyə qanun layihəsində vurğulanıb.

Əsasnamədə o da öz əksini tapıb ki, yeni qanuna əsasən Ermənistanın dövlət büdcəsinə 24 milyon dram (100 min manatdan çox) ödəməklə hərbi qulluqçular vaxtından 19 ay əvvəl tərxis olunacaqlar.

Qeyd edək ki, Ermənistanda icbari hərbi xidmətin müddəti 2 ildir.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabah 28° isti olacaq

  • 01.05.2024 - 13:15
image

Sabaha olan hava proqnozu

  • 29.04.2024 - 15:40
image

Bazar günü imtahan olacaq

  • 29.04.2024 - 14:15