Cümə axşamı, 02 May

İtaliyada ilk və nadir hal qeydə alındı- xəstə eyni vaxtda üç virusa birdən yoluxdu

image

İtaliyalı 36 yaşlı xəstədə COVID-19, meymunçiçəyi və HIV testləri eyni gündə müsbət çıxıb.

Bu barədə italiyalı alimlər məlumat veriblər.

Bununla bağlı “Journal of Infection” tibb jurnalında təqdimat da dərc olunub. Yazıda italyan kişinin 16-20 iyun tarixləri arasında İspaniyaya getdiyi, 29 iyunda simptomlar hiss etməyə başladığı bildirilib. İyulun 2-də isə onun verdiyi COVID-19 testinin müsbət çıxdığı qeyd olunub. Xəstəxanaya yerləşdirilən və bədənində yaralar olan xəstənin iyulun 6-da meymunçiçəyi testi də müsbət çıxıb. Eyni zamanda HIV testi müsbət nəticələnib. Bununla da xəstənin bədənində üç virus birdən aşkar olunub.

Kataniya və Palermo universitetlərinin alimləri bunun meymunçiçəyi, COVID və HIV virusu ilə bağlı indiyə qədər bilinən yeganə hal olduğunu vurğulayıblar.

Həmçinin əlavə olunub ki, xəstə 2021-ci ilin sonunda HIV testindən keçib və heç bir virus aşkar edilməyib. Lakin iyulun 6-da verilən analizdə müəyyən edilib. Beləliklə, onun bu yaxınlarda HIV virusuna yoluxduğu da məlum olub.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabah 28° isti olacaq

  • 01.05.2024 - 13:15
image

Sabaha olan hava proqnozu

  • 29.04.2024 - 15:40
image

Bazar günü imtahan olacaq

  • 29.04.2024 - 14:15