Çərşənbə, 15 May

Macarıstan ruslara viza verəcək

image

Budapeştin Rusiya vətəndaşlarına viza verilməsini dayandırmaq planı yoxdur. 

Bu barədə Macarıstanın xarici işlər naziri Peter Siyarto Estoniyanın xarici işlər naziri Urmas Reinsalu ilə danışıqlardan sonra sosial şəbəkədə yazıb. 

“Biz Rusiya vətəndaşlarına Avropa vizalarının verilməsi praktikasını sərtləşdirən təklif haqqında danışdıq. Burada biz Almaniya kanslerinin mövqeyi ilə həmrəyik və hər hansı sərtləşdirmə və ya məhdudiyyət tətbiq etməyi planlaşdırmırıq”, - diplomat vurğulayıb. 

Peter Siyarto əlavə edib ki, o, estoniyalı həmkarı ilə Rusiyanın enerji sektoruna qarşı sanksiyaların tətbiqinin zəruriliyi ilə bağlı fikir ayrılığına malikdir. O vurğulayıb ki, bu cür sanksiyalar Rusiya Federasiyasından çox Avropanın özünə ziyan vurur. Nazirin sözlərinə görə, Tallin Moskvaya qarşı növbəti sanksiyalar paketinin təşəbbüskarı olacaq.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Leysan 28 nəfəri öldürdü

  • 12.05.2024 - 17:58
image

Bu gün imtahan VAR

  • 12.05.2024 - 09:00