Cümə axşamı, 02 May

Bakıda yol qəzaları ən çox bu prospektdə qeydə alınır - SƏBƏB

image

Bakıda ən çox yol-nəqliyyat hadisələrinin baş verdiyi prospekt açıqlanıb.

Xəbər verilir ki, bu barədə report-a Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib.

Bakı sürətlə inkişaf edən və böyüyən şəhərlər sırasında olduğundan, yollarda hər gün sıxlıq və bəzən tıxac hallarına rast gəlinir. Təbii ki, əhalinin sayının, məskunlaşma ərazilərinin və nəqliyyat vasitələrinin sürətlə artması da bu məsələdə mühüm rol oynayır. Eyni zamanda yollarda sürücülərin sayının çoxalması qəzaların baş vermə ehtimalını nisbətən artırır.

Ağır yol-nəqliyyat hadisələrinin səbəbləri içərisində sürücülər tərəfindən yol hərəkəti qaydalarının pozulması halları ilk sıralardadır. İnsan həyatının təhlükəsizliyi baxımından önəmli olan qəzalar həmçinin sıxlıq və tıxacların yaranmasına səbəb olur.

Belə ki, şəhərimizdə ən çox istifadə edilən yollardan biri Ziya Bünyadov prospektidir. Gün ərzində təxminən 200 000-ə yaxın nəqliyyat vasitəsi bu yoldan istifadə edir. Aparılan müşahidələrə əsasən hər həftə Ziya Bünyadov prospektində orta hesabla 20-25 yol-nəqliyyat hadisəsi baş verir ki, bu da yolun həddən artıq yüklənməsinə, sıxlıq və ya tıxacın yaranmasına və beləliklə hərəkət iştirakçılarının zamanında mənzil başına çatmamasına gətirib çıxarır.

Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi vətəndaşlardan bir daha xahiş edir ki, həm öz həyat və sağlamlıqlarını qorumaq üçün, həm də yollarda fasiləsiz və rahat hərəkətin təmin olunması üçün yol hərəkəti qaydalarına ciddi əməl etsinlər və digər hərəkət iştirakçılarına qarşı nəzakətli davransınlar

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

İsa Qəmbər qayıdır?

  • 02.05.2024 - 14:58
image

Sabah 28° isti olacaq

  • 01.05.2024 - 13:15
image

Sabaha olan hava proqnozu

  • 29.04.2024 - 15:40
image

Bazar günü imtahan olacaq

  • 29.04.2024 - 14:15