Çərşənbə, 24 Aprel

“Bu iki hadisə Putini taxtından salacaq” – Rus jurnalistdən şok iddia

image

“Rusiya lideri Vladimir Putini hakimiyyətdən uzaqlaşdırmaq üçün Xerson işğalçılardan azad edilməli və Krım körpüsü dağıdılmalıdır”.

Xəbər verilir ki, bunu ABŞ-da yaşayan rusiyalı jurnalist Andrey Piontkovski deyib.

“Sizi inandırıram ki, bu iki hadisədən sonra Putin hakimiyyətdən uzaqlaşdırılacaq. Hakimiyyətə onunla birlikdə bunkerdə olan adamlar gələcək. Amma onlar reallıqla hesablaşmaq məcburiyyətində qalacaqlar. Qərbin təklifi ilə ciddi şəkildə razılaşacaqlar ki, bu halda da danışıqlar yalnız rus qoşunları fevralın 23-nə qədər olan xəttə çəkildikdən sonra başlaya bilər. Bu, Ukraynanın ərazi bütövlüyünün tam bərpası ilə bağlı danışıqlar olacaq”, - rusiyalı jurnalist bildirib.

Onun sözlərinə görə, Ukraynaya Krım körpüsü ilə bağlı məsələnin texniki həllində və Xersonu azad etməkdə yalnız ABŞ kömək edə bilər. Piontkovski hesab edir ki, bunun üçün Ukraynanın daha çox zirehli texnika, aviasiya, hava hücumundan müdafiə sistemləri və HIMARS-lara ehtiyacı var.

Jurnalist silah məsələsinin payızadək həll edilə biləcəyinə də diqqət çəkib.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Şahdağa sulu qar yağıb

  • 23.04.2024 - 11:45
image

Azərbaycanda zəlzələ oldu

  • 23.04.2024 - 09:36
image

Rayonlara dolu yağdı - VİDEO

  • 22.04.2024 - 21:33
image

Bakıda taxta bazarı yanır

  • 20.04.2024 - 18:00
image

Paşinyandan ilk - Açıqlama

  • 20.04.2024 - 14:37