Çərşənbə axşamı, 14 May

Pikenin sevgilisi ilə görüntüləri Şakiranı özündən çıxardı - FOTO

image

İspaniya millisinin və “Barselona”nın futbolçusu Jerar Pikenin yeni sevgilisi ilə ictimaiyyət qarşısına çıxması Şakiranı özündən çıxardıb.

Bu barədə “Mirror” öz mənbələrinə istinadla bildirib.

“O, uşaqlarının atasının yeni sevgilisi ilə ictimaiyyət arasına çıxmasına görə çox qəzəblidir. Bu, onların ayrıldıqları birinci ildə sevgililəri ilə ictimai yerlərdə görünməmələri barədə razılıqlarına ziddir”, - deyə Şakiranın ailəsinə yaxın insayder nəşrə bildirib.

Qeyd edək ki, Şakiradan ayrıldıqdan üç ay sonra Pike yeni sevgilisi, 23 yaşlı tələbə Klara Çia Marti ilə Kataloniyada keçirilən “Summerfest Cerdanya” festivalında görünüblər. Tədbir zamanı onlar hisslərini gizlətməyiblər.

Pike və Şakira 2022-ci ilin iyununda 11 illik evlilikdən sonra ayrılıblar. Cütlüyün iki övladı var.

 

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Leysan 28 nəfəri öldürdü

  • 12.05.2024 - 17:58
image

Bu gün imtahan VAR

  • 12.05.2024 - 09:00