Cümə axşamı, 18 Aprel

Kremldə nüvə silahından İSTİFADƏ MÜZAKİRƏYƏ ÇIXARILDI -Putin 2 çətin seçim qarşısında qalıb

image

“Daha yaxşı variant yoxdur - Putin ya nüvə silahından istifadə edəcək ya da işğal etdiyi ərazilərdən geri çəkiləcək"

Xərçəng xəstəliyindən əziyyət çəkən Rusiya Prezidenti Vladimir Putin iki çətin seçim qarşısında qalıb. O, ya cəbhədəki məğlubiyyətini etiraf edərək, taktiki nüvə silahından istifadə edəcək ya da işğal etdiyi Ukrayna ərazilərindən geri çəkiləcək. 

Xəbər verilir ki, bu barədə məşhur “General SVR” kanalı məlumat yayıb.

Məlumatda bildirilir ki, cəbhədəki uğursuzluqlar fonunda çətin vəziyyətə düşən Putinin müharibə strategiyası tamamən alt-üst olub.

“General SVR” kanalı iddia edir ki, Putin təhlükəsizlik və müdafiə nümayəndələri ilə keçirdiyi son görüşdə taktiki nüvə silahından istifadə, müharibədə ikinci cəbhənin açılması həmçinin bir qismi işğal edilmiş - Xerson, Zaporojjye və Xarkov vilayətlərinin Ukraynaya geri qaytarılması kimi məsələləri müzakirə edib.

Qeyd olunur ki, Rusiya Ukraynadakı uğursuzluqlarını gizlətmək, diqqəti başqa bir nöqtəyə çəkmək üçün, etnik rusların çoxluq təşkil etdiyi Qazaxıstanda ikinci bir cəbhə aça bilər. 

İşğal edilmiş ərazilərin Ukraynaya qaytarılmasına gəlincə, kanal bunu belə izah edib ki, yaxın aylarda Ukrayna ordusunun geniş miqyaslı əks-hücuma keçəcəyini bilən Putin və onun ətrafı daha ağır nəticələrlə qarşılaşmamaq üçün belə bir addım ata bilər.

 

Kanal bildirir ki, təhlükəsizlik rəsmiləri açıq şəkildə prezidentə “yaxşı variantlar”ın tükəndiyini söyləyiblər. Bu, Rusiyanın Ukraynadakı canlı qüvvə itkilərinin 65 min nəfərə çatdığı bir vaxta təsadüf edib.

Həmçinin qeyd olunur ki, Putinin yaxın ətrafı onun sağlamlıq vəziyyətini nəzərə alaraq, bütün mümkün risklərə qarşı əvvəlcədən hazırlaşıblar. 

“Böyük ehtimalla deyə bilərik ki, Putin bir müddət sonra şəxsi görüşlər keçirə və böyük tədbirlərdə iştirak edə bilməyəcək. Seçimindən asılı olmayaraq, isənilən halda hər iki variant Putin hakimiyyətinin sonunu gətirəcək”, - deyə telekanal bildirib.

Təqaüdçü general, təhlükəsizlik üzrə ekspert Mark Hertlinqisə Rusiyanın bir çox bölgələrdə müdafiəyə keçdiyini bildirib.

“British Express” qəzeti bu xəbəri “Ukrayna Putinin pis idarə olunan və pis təlim keçmiş qoşunlarını geri addım atmağa məcbur etdi” başlığı ilə oxucularına təqdim edib.

 

 

Bir vaxtlar ABŞ-ın Avropa və Yeddinci Ordu komandanı vəzifəsində çalışmış 68 yaşlı Hertlinq qəzetə açıqlamasında Rusiya quru qoşunlarının yaxşı idarə olunmadığını, zəif təlim keçdiyini və ordunun mənəvi-psixoloji vəziyyətinin çox aşağı olduğunu bildirib.

Rusiya ordusunun şəxsi heyət və texnika baxımından Ukraynadan əhəmiyyətli dərəcədə geri qaldığını deyən Hertlinq bildirib: “Rusiya bu müharibəyə “bir neçə günə başa çatacaq səhra fırtınası” kimi yanaşaraq başladı. Lakin, bu, xəyal idi. Xəyalı gerçəkləşdirmək üçün rus ordusunun rəhbərliyi, təlimi və avadanlıqları yox idi".

Hertlinq vurğulayıb ki, itkilərin yerini doldurmaq üçün Rusiyaya uzun zaman lazım olacaq.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Bu ölkə İrana nota verdi

  • 15.04.2024 - 15:17
image

Tokayev İrəvandadır - FOTO

  • 15.04.2024 - 11:28
image

Yunanıstanda zəlzələ oldu

  • 14.04.2024 - 14:37
image

DİM bu gün imtahan keçirir

  • 14.04.2024 - 10:55
image

“WhatsApp”da yeni funksiya

  • 13.04.2024 - 17:56