Şənbə, 04 May

Qorbaçov yaddaşını itirir, dializ xəstəsidir -SSRİ-nin eks prezidenti haqqında yeni məlumatlar - FOTO

image

SSRİ-nin ilk və son prezidenti Mixail Qorbaçov 3 ildir xəstəxanada yaşayır. 

Xəbər verilir ki, bu barədə Rusiya Elmlər Akademiyasının müxbir üzvü, iqtisadçı alim Ruslan Qrinberq “Zvezda” telekanalına açıqlamasında deyib. Qrinberq Mərkəzi Kilinik Xəstəxanada yatan Qorbaçovu ziyarət edib.

Onun sözlərinə görə, 91 yaşlı Qorbaçov şəkər xəstəliyindən və böyrəklərində problemdən əziyyət çəkir. Həkimlər mütəmadi olaraq ona dializ edirlər. Qrinberq deyib ki, sabiq prezident özünü “alababat” hiss edir.

“Onun gücü tükənir. Nadir hallarda yataqdan qalxır. Yaddaşında problem var, unutqanlıq yaranıb. Söhbət zamanı mövzuları qeyri-ixtiyari dəyişir”-deyə o vurğulayıb.

Qrinberq deyib ki, 3 ildir xəstəxanada yaşayan Qorbaçov üçün bütün şərait yaradılıb. “Demək olar ki, ev şəraiti qurulub.Ona çox yaxşı qulluq olunur, Qorbaçov da buna çox öyrəşib”.

Məlumata görə, SSRİ-nin sabiq rəhbərinin səhhəti periodik olaraq pisləşir. O ciddi həkim nəzarəti altındadır.

Mixail Qorbaçov 15 mart 1990-cı ildən 25 dekabr 1991-ci ilə qədər SSRİ prezidenti vəzifəsini tutub. Bundan başqa 1985-ci ildən Sov.İKP-nın Baş katibi və SSRİ aAli Sovetinin Sədri olub. 

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

İsa Qəmbər qayıdır?

  • 02.05.2024 - 14:58
image

Sabah 28° isti olacaq

  • 01.05.2024 - 13:15
image

Sabaha olan hava proqnozu

  • 29.04.2024 - 15:40
image

Bazar günü imtahan olacaq

  • 29.04.2024 - 14:15