Cümə, 19 Aprel

Rövşən Əkbərov bu illər ərzində həbsdən necə yayınıb.- ŞOK FAKTLAR

image

15 mart tarixində Azərbaycanın keçmiş korpus komandiri, general-leytenant Rövşən Əkbərov həbs olunub. 

Aftafa.tv-nin məlumatına görə, Rövşən Əkbərovun həbsində əsas amil 2001-ci ildə xaricdə törətdiyi cinayət əməli olub.

Belə ki, 2001-ci ildə Ukraynada yerləşən restoranların birində iş adamı Elçin Əliyevlə keçmiş korpus komandiri Rövşən Əkbərov arasında mübahisə düşüb. Mübahisə zəminində Rövşən Əkbərov Elçin Əliyevə hərbi bıçaqla zərbə endirib. Nəticədə Elçin Əliyev aldığı bıçaq zərbəsi nəticəsində həlak olub. Hadisələ ilə bağlı Ukrayna Prokurorluğunda araşdırma aparılıb və qətlin Rövşən Əkbərov tərəfindən törədilməsi ilə bağlı faktlar rəsmi Bakıya göndərilib.

Lakin Azərbaycanda cinayət işinin aparılmasına süni maneələr törədilib. Rövşən Əkbərov şəxsi nüfuzundan istifadə edərək istintaq prosesinə müdaxilələr edib və nəticədə bir neçə dəfə müstəntiq dəyişdirilib. Mərhumun anasının sözlərinə görə, “hansı müstəntiq Rövşən Əkbərovun həbsinə sanksiya verəcəyini deyirmişsə, iş ondan alınıb başqasına verilirmiş”. Prokurorluqdan əlini üzrən ana, son ümid yeri kimi prezident İlham Əliyevlə görüşə yollanıb. 

Prezident hansı rayona səfər edirsə, ora yollandığını qeyd edən Səmayə Əliyeva nəhayət prezidentlə görüşməyə nail olub. Prezidentin Qəbələ səfəri zamanı onunla danışmaq imkanı əldə edən Səmayə Əliyeva prezidentdən oğlunun qatilinin cəzalandırılmasını xahiş edib. Prezident İlham Əliyev məsələ ilə məşğul olacağını bildirib.

Lakin prezidentin məsələ ilə bağlı tapşırığına baxmayaraq Rövşən Əkbərov yenə istintaq prosesinə müdaxilə edib. Nəhayət 44 günlük müharibə zamanı fəaliyyətsizliyi ilə yadda qalan keçmiş koprus komandiri vəzifəsindən azad edilib. Əvvəlki nüfuzunu itirən Rövşən Əkbərov bu dəfə törətdiyi cinayət əməlindən yaxa qurtara bilməyib. Barəsində həbs qəti imkan tədbiri seçilib.

Aftafa.tv

Azadsoz.com

Video

image
Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Bu ölkə İrana nota verdi

  • 15.04.2024 - 15:17
image

Tokayev İrəvandadır - FOTO

  • 15.04.2024 - 11:28