Cümə, 03 May

Kim Çen Inın bacısı Cənubi Koreyaya cavab verdi

image

“KXDR heç vaxt Seulun nüvəsizləşdirmə müqabilində iqtisadiyyatını yaxşılaşdırmaq üçün təklif etdiyi “cəsarətli planını” qəbul etməyəcək”.

Xəbər verilir ki, bu barədə Şimali Koreya lideri Kim Çen Inın bacısı, Koreya Fəhlə Partiyası Mərkəzi Komitəsinin təbliğat və təşviqat şöbəsinin mmüdir müavini Kim Yo Çenq açıqlama verib.

Xatırladaq ki, Cənubi Koreya prezidenti Yun Seok-yeol avqustun 15-də Müstəqillik Günündə etdiyi çıxışda Şimali Koreyanın nüvəsizləşdirilməsi istiqamətində addımlar atacağı təqdirdə Seulun bu ölkənin iqtisadiyyatını tədricən yaxşılaşdırmaq üçün "cəsarətli planını" həyata keçirəcəyinə dair seçki kampaniyası vədini bir daha təsdiqləyib. Cənubi Koreya KXDR-in iqtisadiyyatının, enerjisinin, ticarətinin, kənd təsərrüfatının və digər sahələrinin inkişafına əhəmiyyətli töhfə verməyə hazır olduğunu bəyan edir.

"Gələcəkdə hansı həyasız fikirlərlə qapını döyəcəklərini bilmirəm, amma açıq şəkildə bildirirəm ki, biz onlarla heç vaxt bərabər olmayacağıq", - Kim Yo-jonq deyib. 

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

İsa Qəmbər qayıdır?

  • 02.05.2024 - 14:58
image

Sabah 28° isti olacaq

  • 01.05.2024 - 13:15
image

Sabaha olan hava proqnozu

  • 29.04.2024 - 15:40
image

Bazar günü imtahan olacaq

  • 29.04.2024 - 14:15