Cümə, 03 May

Şəmkirdən evdən qaçan 33 yaşlı qadın sığınacağa yerləşdirildi - YENİLƏNİB + FOTO

image

Şəmkirdə itkin düşdükdən sonra Bakıda tapılan qadın ailəsinin yanına qayıtmaq istəməyib.  

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis baş leytenantı Eşqin Qasımov məlumat verib. 

Onun sözlərinə görə, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nümayəndələri 1989-cu il təvəllüdlü Asimə Məmmədovaya baş çəkiblər. 

“Qadınla söhbət aparılıb. O, nə ərinin, nə də valideynlərinin yanına qayıtmaq istəmədiyini deyib. Bundan sonra qadın Bakıdakı müvafiq sığınacağa yerləşdirilib”.

Qeyd edək ki, qadının üç uşağı var.

16:22

Şəmkirdə itkin düşən 33 yaşlı qadın tapılıb. 

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis baş leytenantı Eşqin Qasımov məlumat verib. 

O bildirib ki, avqustun 7-də yaşadığı evdən çıxaraq itkin düşən Şəmkir rayon Aşağı Seyfəli kənd sakini, 1989-cu il təvəllüdlü Asimə Məmmədova Bakı şəhəri ərazisində tapılıb.

E.Qasımov bildirib ki, qadınla profilaktiki söhbət aparıb:

Məlum olub ki, A.Məmmədova öz istəyi ilə evi tərk edib və Bakıya gəlib. Qadının həyatı üçün hər hansı bir təhlükə yoxdur. Hazırda digər aidiyyəti qurumlarla araşdırmalar davam etdirilir. 

Əldə etdiyimiz məlumata görə, qadın evdən getmə səbəbi kimi əri və onun valideynləri ilə birlikdə yaşamaq istəmədiyini göstərib. Qadının valideynlərinin iddia etdiyi onun əri tərəfindən fiziki zorakılığa məruz qalması məsələsi isə öz təsdiqini tapmayıb. Belə ki, qadının bədənində heç bir xəsarət izinə rast gəlinməyib.

 

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

İsa Qəmbər qayıdır?

  • 02.05.2024 - 14:58
image

Sabah 28° isti olacaq

  • 01.05.2024 - 13:15
image

Sabaha olan hava proqnozu

  • 29.04.2024 - 15:40
image

Bazar günü imtahan olacaq

  • 29.04.2024 - 14:15