Cümə axşamı, 25 Aprel

Avqustun 24- də nələr ola bilər?- Proqnoz

image

Avqustun 24- ü Ukraynanın müstəqillik günüdür. Ukraynanın müxtəlif rəsmilərinin sözlərinə görə, həmin gün Rusiyanın təxribatı ola bilər. Xarici Kəşfiyyat İdarəsinin keçmiş rəhbəri, general Nikolay Malomuj dünən deyib ki, Rusiya ordusu işğal altındakı Krımda baş verən partlayışlara görə cavab əməliyyatına hazırlaşır.

Onun sözlərinə görə, Rusiyanın ehtimal edilən əməliyyatı avqustun 24-də, Ukraynanın Müstəqillik Günündə ola bilər.
“Qarşı tərəf yeni hücum əməliyyatlarına hazırlaşır. Belarus ərazisində çoxlu aviasiya və raket sistemləri cəmləşib. Biz yeni raket zərbələri və genişmiqyaslı hücum əməliyyatları gözləyirik”, – o bildirib.Generalın sözlərinə görə, artıq yüzlərlə texnika Xerson və Zaporejye istiqamətlərində hərəkət edir.

Siyasi şərhçi Kənan Novruzov açıqlamasında bildirib ki, Krımda baş verən partlayışlara, o cümlədən strateji obyektlərin vurulmasına Rusiyanın səssiz qalacağı ağlabatan deyil:

“Yəqin ki, Moskva yaxın günlərdə sözügedən hadisələrə adekvat cavab verməyə çalışacaq. Bunun məhz avqustun 24-də olması da mümkündür. Əlbəttə, proqnozlaşdırılan hücumun hansı formada baş verəcəyini proqnozlaşdırmaq çətindir. Amma Odessa və digər ərazilərdəki mülki və hərbi obyektlərin intensiv raket atəşinə tutulması mümkündür.
Həmçinin həmin Ukraynanın da yeni əks-hücumları həyata keçirməsi istisna deyil. Ümumiyyətlə, artıq strateji üstünlük rəsmi Kiyevə keçir. Bu isə o deməkdir ki, Ukrayna əks-hücum əməliyyatları üçün hər fürsətdən istifadə etməyə çalışacaq. Avqustun 24-də bir sıra Qərb ölkələri, o cümlədən, ABŞ rəsmiləri yəqin ki, bir daha Ukraynaya dəstəklərini ifadə edəcəklər. Bu, Rusiya üçün növbəti xəbərdarlıq və psixoloji təsir olacaq”.

K. Novruzovun sözlərinə görə, Ukraynanın Müstəqillik Günündə cəbhədə hansısa gərginliyin, toqquşmanın olacağı gözlənilir:

” Lakin bu, həlledici olmayacaq. Çünki adətən müharibə aparan tərəflər ciddi addım atmaq üçün əlamətdar günü gözləmirlər. Bu, real fürsəti əldən çıxarmaqdır. Yəni əgər Ukrayna və ya Rusiya avqustun 24- ünədək hansısa həmlə üçün fürsət tapsalar, gözləməyəcəklər. Artıq savaşın gedişatında dönüş yarandığına inanıram. Əgər Qərb Ukraynadakı “alova” əlavə “odun” atmasa avqust- sentyabr ayları müharibə üçün həlledici ola bilər”.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabah 31 dərəcə isti olacaq

  • 24.04.2024 - 10:39
image

Şahdağa sulu qar yağıb

  • 23.04.2024 - 11:45
image

Azərbaycanda zəlzələ oldu

  • 23.04.2024 - 09:36
image

Rayonlara dolu yağdı - VİDEO

  • 22.04.2024 - 21:33