Şənbə, 04 May

Bakıda 38, bölgələrdə 41 dərəcə isti olacaq

image

Avqustun 19-na gözlənilən hava şəraiti açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında yağmursuz hava olacaq. Mülayim cənub-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 23-26, gündüz 35-38, Bakıda gecə 24-26, gündüz 36-38 dərəcə olacaq. Atmosfer təzyiqi 756 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 50-60%, gündüz 25-30% olacaq.

Mülayim cənub-şərq küləyi əsəcək.

Dəniz suyunun temperaturu şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zuğulba) 27-28, cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) 28-29 dərəcə olacaq.

Azərbaycanın rayonlarında əsasən yağmursuz hava olacaq. Şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 21-26, gündüz 35-40, bəzi yerlərdə 41, dağlarda gecə 15-20, gündüz 25-30 dərəcə olacaq.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

İsa Qəmbər qayıdır?

  • 02.05.2024 - 14:58
image

Sabah 28° isti olacaq

  • 01.05.2024 - 13:15
image

Sabaha olan hava proqnozu

  • 29.04.2024 - 15:40
image

Bazar günü imtahan olacaq

  • 29.04.2024 - 14:15