Cümə axşamı, 28 Mart

Azərbaycanda erməni polis? - Mühüm açıqlama

image

“Onların DİN-in tabeleyinə keçib polis nəfəri olması indiki halda mümkün deyil və hətta deyərdim, sıfıra bərabər bir ehtimaldır”.

Bu sözləri açıqlamasında ehtiyatda olan polkovnik Üzeyir Cəfərli deyib.

O, qondarma rejimin “müdafiə ordusun”un “milli qvardiya”ya çevrilməsi və gələcək perspektivdə Azərbaycanın DİN orqanlarının nümayəndəsi kimi ərazidə xidməti fəaliyyət göstərməsi məsələsinə münasibət bildirib.

Ü.Cəfərli deyib ki, Azərbaycan onların şərtləri ilə oturub-durmamalıdır:

“Ona görə ki, dünənə qədər Azərbaycan əsgərinə və vətəndaşına qarşı cinayət törətmiş şəxs hansı məqsədlə polis qismində xidmət edəcək?

Həmin ərazidə Azərbaycanın tam şəkildə suverenliyi bərpa olunandan sonra onlar müvafiq qurumlar tərəfindən yoxlanılacaq və uyğun gələcəksə, DİN, yaxud digər orqanların tərkibində xidmət keçib işləyə bilərlər. İndiki halda isə onlar kimdir ki, bizə şərt qoyurlar?

Biz indiki halda əsas məsələləri həll etməliyik. O məsələlər həll olunandan sonra digər qərarlar veriləcək. Biz onların nazı ilə çox oynadıq, əvəzində isə onlar gündə bir hoqqa çıxarırlar, arzularını dilə gətirirlər. Belədir ki, mən də çox şey arzu edirəm, mən də istəyirəm kosmonavt olum, amma olmur axı? Arzulamaq başqa, reallıq isə başqa şeydir”.

Hərbi ekspertin sözlərinə görə, bu proses indiki halda mümkün deyil:

“DİN orqanlarımız oraya köçəndən və orada fəaliyyət göstərən sonra biz yoxlamalıyıq. Adətən, güc strukturlarına qəbul ediləndə həmin şəxslər uzun müddət yoxlamadan keçir. Bunun dünəni, ailəsi, yaxınları hamısı yoxlanır. Amma biz hələ bilmirik ki, bu kimdir, nəçidir, eləcə də dünənə qədər bu adam qeyri-qanuni silahlı birləşmələrin tərkibində idi, indi hansı statusla orada polis olacaq?

Ona qalsa, biz çoxmillətli bir cəmiyyətdə yaşayırıq. Polis orqanlarında rus, gürcü, udi, saxur, talış, ləzgi və bir çox millətlərin nümayəndələri də mövcuddur. Ona görə də bu, artıq gələcəyin söhbətidir. Bu qərarı da Azərbaycan rəsmiləri verəcək”.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Dörd rayonda qaz olmayacaq

  • 28.03.2024 - 13:36
image

Sabah 21° isti olacaq

  • 27.03.2024 - 17:45
image

Sabahdan tətil başa çatır

  • 26.03.2024 - 09:25