Cümə, 03 May

Həkimləri söyən valideyn həbs edildi - Xəstəxanada insident

image

Bakı şəhər Yasamal rayonunda yerləşən Respublika Uşaq Xəstəxanasında insident olub.

Xəbər verilir ki, övladını xəstəxanada müalicə etdirən Ağcabədi rayon sakini, 1972-ci il təvəllüdlü Ə.X (şərti adlı) sərxoş halda oraya gələrək səs-küy salıb. Övladının müalicəsindən narazı olan valideyn həkimlərin ünvanına təhqiramiz sözlər işlədib, qışqıraraq söyüş söyüb. Bundan sonra xəstəxanada xidmət aparan polis əməkdaşı ona yaxınlaşaraq hərəkətlərinə son qoymasını tələb edib. Sərxoş halda olan Ə.X. mübahisəyə davam etdiyindən xəstəxanaya digər polis əməkdaşları dəvət edilib.

50 yaşlı şəxs saxlanılaraq ərazi üzrə polis bölməsinə aparılıb. Onun barəsində İnzibati Xətalar Məcəlləsinin 510 və 535-ci (xuliqanlıq, polisin qanuni tələbinə qəsdən əməl etməmə) maddələri ilə protokol tərtib edilib. Saxlanılan şəxs tərtib edilmiş protokolla birgə Yasamal Rayon Məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə ona 10 sutkalıq inzibati həbs cəzası təyin edilib.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

İsa Qəmbər qayıdır?

  • 02.05.2024 - 14:58
image

Sabah 28° isti olacaq

  • 01.05.2024 - 13:15
image

Sabaha olan hava proqnozu

  • 29.04.2024 - 15:40
image

Bazar günü imtahan olacaq

  • 29.04.2024 - 14:15