Cümə axşamı, 02 May

Qəbələnd” əyləncə mərkəzi məhkəməyə verildi

image

"Baku Retail Partners” MMC "Qabaland” MMC barəsində Şəki Kommersiya Məhkəməsində iddia qaldırıb.

Xəbər verilir ki, iddia hakim Rüfət Məcidovun icraatındadır. İşin mahiyyəti alqı-satqı müqaviləsi üzrə mübahisələrdən ibarətdir. 

"Baku Retail Partners” MMC 3 dekabr 2012-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 100 AZN olan şirkətin qanuni təmsilçisi Bilalov Akif Gündüz oğludur.

Akif Bilalov və qanuni təmsilçisi olduğu şirkət barədə açıq mənbələrdə hər hansı məlumat yoxdur. 

"Qabaland” MMC-yə gəlincə, şirkət 22 yanvar 2010-cu ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 20.20 AZN, qanuni təmsilçisi isə Süleymanova Şəbnəm Fərman qızıdır.

Şəbnəm Süleymanova həm də "Qafqaz-Qəbələ” MMC-nin qanuni təmsilçisidir. 

Bu şirkət Fövqəladə Hallar naziri Kəmaləddin Heydərovun biznes imperiyasının subyektlərindən hesab edilir. Mediada Kəmaləddin Heydərovun şirkətləri barədə dərc edilən araşdırma materiallarında "Qabaland” MMC-nin də nazirə məxsus olduğu qeyd edilir. 

"Qabaland” Qəbələdə ən popular əyləncə mərkəzlərindən biridir.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabah 28° isti olacaq

  • 01.05.2024 - 13:15
image

Sabaha olan hava proqnozu

  • 29.04.2024 - 15:40
image

Bazar günü imtahan olacaq

  • 29.04.2024 - 14:15