Cümə, 29 Mart

“Pfizer”in rəhbəri koronavirusa YOLUXDU

image

Amerikanın Pfizer əczaçılıq korporasiyasının baş icraçı direktoru, dörd dəfə koronavirusa qarşı peyvənd olunan Albert Burla, COVID-ə yoluxub. 

Xəbər verilir ki, o, bu barədə özünün Twitter hesabında məlumat verib.

"Sizə məlumat vermək istərdim ki, koronavirus üçün testim müsbət çıxmışdı. Dörd doza Pfizer-BioNTech peyvəndi aldığıma görə minnətdaram, özümü yaxşı hiss edirəm, çox yüngül simptomlar var. Özümü təcrid edirəm və Paxlovid qəbul etməyə başladım. ", - qeyd edib. 

ABŞ prezidenti Co Bayden daha əvvəl eyni dərmanla müalicə olunub.

Cons Hopkins Universitetinin məlumatına görə, pandemiyanın başlanğıcından bəri ABŞ-da 92 milyondan çox koronavirus infeksiyası və bir milyondan çox ölüm halı aşkar edilib. 

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Dörd rayonda qaz olmayacaq

  • 28.03.2024 - 13:36
image

Sabah 21° isti olacaq

  • 27.03.2024 - 17:45