Cümə axşamı, 28 Mart

Üçüncü kurs tələbəsi faciəli şəkildə həyatını itirdi

image

Azərbaycan Turizm və Menecment Universitetinin üçüncü kurs tələbəsi Elnur Abbasov dünyasını dəyişib.

Əldə etdiyimiz məlumata görə, Bakı ətrafında istixanada fəhlə işləyən Elnur elə orada ağır xəsarət alıb.

Belə ki, Elnur istixanada çalışarkən hündürlükdən yıxılıb və boynu sınıb. Dörd gün koma vəziyyətində qaldıqdan sonra dünyasını dəyişib.

Qeyd edək ki, Elnur Abbasov 2001-ci ildə Biləsuvar rayonu ərazisində yerləşən 5 saylı Cəbrayıl qəsəbəsində doğulub, əslən Cəbrayıldandır. Onun özündən başqa, bir qardaşı və bir bacısı var.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Dörd rayonda qaz olmayacaq

  • 28.03.2024 - 13:36
image

Sabah 21° isti olacaq

  • 27.03.2024 - 17:45