Çərşənbə, 15 May

Erməni deputatlar Qarabağa gəldilər

image

Ermənistan parlamentinin “Hayastan” blokundan olan bir qrup deputat bu gün Qarabağa gəlib. 

Xəbər verilir ki, bu barədə Ermənistanın “Hraparak” qəzetinin saytı məlumat yayıb.

Qeyd olunur ki, deputatlar Laçın şəhəri, Zabux və Sus kəndlərinə baş çəkib, oradan köçürüləcək ermənilərlə görüşəcəklər.

"Hayastan" blokunun lideri Ermənistanın keçmiş prezident Robert Köçəryandır.

Xatırladaq ki, Azərbaycan tərəfi Laçın şəhəri, Zabux və Sus kəndlərində qanunsuz yaşayan ermənilərin avqustun 25-nə kimi çıxmalarını tələb edib.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Leysan 28 nəfəri öldürdü

  • 12.05.2024 - 17:58
image

Bu gün imtahan VAR

  • 12.05.2024 - 09:00