Cümə axşamı, 25 Aprel

Artak Zakaryan: “Ermənistan bu gedişlə Suriyaya çevriləcək”

image

Ermənistanı yaxın vaxtlarda vətəndaş müharibəsi gözləyir.

Aftafa.tv yerli KİV-ə istinadən bildirir ki, bunu Ermənistan müdafiə nazirinin keçmiş müavini Artak Zakaryan deyib.

O, hesab edir ki, bu gedişlə ölkə Suriyaya çevriləcək: "Xəyanətkar, Qarabağ ərazisini təslim edən və dövlət böhranına səbəb olan cinayətkarla seçkiyə getmək böhrandan çıxış yolu deyil. Bu qaçılmaz vətəndaş qarşıdurmasıdır. Bu fikirlərimi yadınızda saxlayın və əgər səhv olsam, məmnuniyyətlə, xalq qarşısında üzr istəyəcəyəm. Qarşıdakı növbədənkənar seçkilərdən sonra Nikol baş nazir kimi qalacaqsa, o zaman böyük vətəndaş qarşıdurmasına hazır olun”.

Zakaryan bildirib ki, seçkiöncəsi və seçkisonrası proseslər davalar, şiddət, işgəncə və misilsiz saxtakarlıqlarla müşayiət olunacaq. Əgər Nikol Paşinyan hansı yollasa seçkinin nəticələrini saxtalaşdırıb yeni hökumət quracaqsa, ölkədə Soros xətti yenidən saxlanılacaq: "Bu hökumət yeni anti-rus dalğasında özünü böyük geosiyasi toqquşmaların mərkəzində tapacaq.

Belə şəraitdə Paşinyan Ermənistanda böhranı daha da dərinləşdirib, ölkəni yeni Suriyaya və ya Ukraynaya çevirəcək. Azərbaycan isə bu vəziyyətdən Sünik (Zəngəzur) məsələsi üçün dərhal istifadə edəcək. Əlbəttə, əgər o dövrə qədər Sünik məsələsi həll olunmayacaqsa. Qarabağ məsələsi isə Azərbaycanın xeyrinə qapalı hesab edilə bilər. Mühacirət edənlərin sayı kəskin şəkildə artacaq və Ermənistan təcrid olunmuş dövlətə çevriləcək. Sıravi vətəndaşlar səhv etmək hüququna malik ola bilərlər. Ancaq siyasi qüvvələrin artıq səhv etmək haqqı yoxdur!"

Aftafa.tv

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabah 31 dərəcə isti olacaq

  • 24.04.2024 - 10:39
image

Şahdağa sulu qar yağıb

  • 23.04.2024 - 11:45
image

Azərbaycanda zəlzələ oldu

  • 23.04.2024 - 09:36
image

Rayonlara dolu yağdı - VİDEO

  • 22.04.2024 - 21:33