Cümə axşamı, 28 Mart

Ağ Ev Ukraynada müharibə ilə bağlı: “Mübarizənin tez bir zamanda bitməsi gözlənilmir”

image

“ABŞ Ukraynanın suverenliyini və ərazi bütövlüyünü qorumaq səylərini dəstəkləyir”.

Bunu Ağ Evin spikeri Karin Jan-Pyer keçirdiyi brifinq zamanı deyib.

“Biz dəfələrlə dediyimiz kimi, Ukraynanın öz suverenliyini və ərazi bütövlüyünü qorumaq səylərini dəstəkləyirik”, - deyə spiker jurnalistin Krımla bağlı sualını cavablandırıb.

“Mübarizə ölkənin şərqində və cənub-qərbində davam edir və tez zamanda bitməsi gözlənilmir. Biz xəbərdarlıq etmişdik ki, bu, uzunmüddətli müharibə ola bilər. Biz Rusiyanın əsassız təcavüzünə tab gətirə bilməsi üçün Ukraynanı təmin etməyə davam edəcəyik. Bu məsələ daim diqqətimizdədir”, - deyə Karin Jean-Pyer qeyd edib.

“Biz Ukraynanı öz azadlığı, Rusiyanın amansızca hücumuna qarşı öz suverenliyi uğrunda mübarizəsində dəstəkləməyə davam edəcəyik”, - deyə o əlavə edib.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Dörd rayonda qaz olmayacaq

  • 28.03.2024 - 13:36
image

Sabah 21° isti olacaq

  • 27.03.2024 - 17:45