Cümə axşamı, 25 Aprel

Ruslar Zabuxa nəzarəti gücləndirdi - Təxribatçıdan iddia

image

Son günlər Laçın rayonunun Zabux kəndindən burada 30 ildir qanunsuz məskunlaşmış hayların çıxarılmasının qarşısını almaq üçün  "müqavimət" hərəkatı yaratmağa cəhd edən Ermənistan Demokratik Birlik partiyasının sədri Suren Petrosyan dünən axşam saatlarında kənddən yeni video-çağırış yayımlayıb.

Xəbər verilir ki, bu haqda "ArmenianReport" məlumat yayıb.

Əyanilik üçün hay partiya rəhbərinin çıxışının əsas hissəsinin tərcüməsini olduğu kimi nəzərinizə  çatdırırıq:

"Artsaxın Ağavno(Zabux-S.L.) kəndinin sakinləri kəndi tərk etmirlər, kənddə talan yoxdur. Dünən və bu gün Ağavnonun tərk edildiyi və qarət edildiyi barədə çoxlu yanlış məlumatlar yayıldı. Bütün məsuliyyətimlə bildirirəm ki, bu günə kimi Ağavnodan bir dənə də olsun ailə çıxmayıb. Heç bir quldurluq və talan yoxdur”.

Petrosyan rus sülhməramlılarının mövqelərini tərk etməsi ilə bağlı məlumatları da təkzib edib: “Daha çoxunu deyəcəyəm; Rusiya sülhməramlıları nəinki mövqelərini tərk etməyiblər, hətta Ağavno ətrafında nəzarəti bir neçə dəfə artırıblar”.

O, həmçinin bildirib ki, guya ona çoxlu telefon zəngləri və məktublar gəlir ki, onlarda ermənilər  Zabuxdakı soydaşlarını dəstəkləməyə hazır olduqlarını bildirirlər. S.Petrosyan onu da qeyd edib ki, onların kəndi tərk etməmək qərarı emosional deyil, tamamilə rasionaldır.

“Bir daha Ağavno və Berdzoru(Laçın-S.L.) xilas etmək istəyənlərdən xahiş edirəm: gəlib bu insanlara dəstək olun”- deyə üzdəniraq Ermənistan "qəhrəmanı" çağırış edib.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabah 31 dərəcə isti olacaq

  • 24.04.2024 - 10:39
image

Şahdağa sulu qar yağıb

  • 23.04.2024 - 11:45
image

Azərbaycanda zəlzələ oldu

  • 23.04.2024 - 09:36
image

Rayonlara dolu yağdı - VİDEO

  • 22.04.2024 - 21:33