Cümə, 26 Aprel

Kamran və Oqtay kəllə-kəlləyə gəldi - TV-də düşüklük söhbəti

image

“Soy” prodakşnın rəhbəri Oqtay Əliyev və teleaparıcı Kamran Həsənli arasında qalmaqal yaranıb. 

Xəbər verilir ki, buna səbəb Həsənlinin “İndi peşəkar televiziya işçisi yox səviyyəsindədir” açıqlaması olub. 

O. Əliyev aparıcının bu fikrini sərt tənqid edib. O, sosial şəbəkədə şərh yazıb: “Televiziyaya “düşük”lüyü gətirən indi nədən danışır. Zəhmət çək, gəl, sənə peşəkarlığın nə olduğunu aladım”. 

K. Həsənli isə həmin şərhə görə O. Əliyevə cavab vermək istəmədiyini söyləyib:

“Şəxsi cavab verməyəcəm, hazırda televiziyadakı verilişlərə baxın, o mənzərə hər şeyi deyir. Heç kimə cavab vermək lazım deyil. Oqtay Əliyevin, ya da başqasının danışdıqları mənim üçün maraqsızdır.

Yenə deyirəm ki, istənilən proqrama baxın. Görəcəksiz ki televiziyamızın “düşük”lüyü hansı həddə gəlib çatıb”.

Qeyd edək ki, K. Həsənli sözügedən açıqlamanı medianews.az saytına verib: “Bu gün televiziyada çalışanların çoxu media işçisi olmadıqları üçün anlayışları yalnız kağız üzərində reytinq dairəsi adlanan yalançı iqtidardadır”.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabah 31 dərəcə isti olacaq

  • 24.04.2024 - 10:39
image

Şahdağa sulu qar yağıb

  • 23.04.2024 - 11:45
image

Azərbaycanda zəlzələ oldu

  • 23.04.2024 - 09:36
image

Rayonlara dolu yağdı - VİDEO

  • 22.04.2024 - 21:33