Cümə axşamı, 18 Aprel

Azərbaycanda dəhşətli qəzada iki nəfər ölüb – FOTO

image

Lənkəranda ağır yol qəzası baş verib.

Xəbər verilir ki, hadisə Lənkəran-Astara yolunun rayonun Vel kəndindən keçən hissəsində qeydə alınıb.

“VAZ-2107” markalı avtomobilin idarəetmədən çıxaraq yol kənarındakı daş hasara çırpılması nəticəsində üç nəfər xəsarət alıb. Onlar təcili yardımla Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Xəsarət alanlardan ikisinin – sürücü, 1999-cu il təvəllüdlü Fariz Ramiz oğlu Əliyev və onun sərnişini, 2000-il təvəllüdlü Ruslan Natiq oğlu Hüseynzadənin orada öldüyü bildirilir. Ağır yaralanan digər sərnişin isə 1990-cı il təvəllüdlü Tərlan İslam oğlu Rəhimovdur.

Məlumata görə, qəzaya düşənlər Lənkəran rayonu Səpnəkəran kənd sakinləridir.

Faktla bağlı araşdırma aparılır.

 

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Bu ölkə İrana nota verdi

  • 15.04.2024 - 15:17
image

Tokayev İrəvandadır - FOTO

  • 15.04.2024 - 11:28