Çərşənbə axşamı, 23 Aprel

Ukraynada “Bayraktar” PUA-ları istehsal edən zavod tikiləcək

image

Ukraynada “Bayraktar” PUA-larının istehsalı üçün zavodun tikintisi ilə bağlı Ali Radaya razılaşma göndərilib.

Bunu Ukrayna mətbuatına müsahibəsində Ukraynanın Türkiyədəki səfiri Vasili Bodnar deyib.

“Zavod tikiləcək. Hökumət ikitərəfli sazişi təsdiqləyib və zavodun özünün tikintisinə dair sazişi ratifikasiya üçün parlamentə göndərib”, - deyə diplomat bildirib.

Onun sözlərinə görə, pilotsuz təyyarələr istehsal edən şirkətin sahibi artıq Ukraynada şirkət yaradıb, torpaq sahəsi alıb və müəssisə üçün layihə hazırlayıb, “onu sona qədər həyata keçirmək” niyyətindədir.

“Bu istehsalın Ukraynada edilməsi şirkət sahiblərinin, demək olar ki, şəxsi öhdəliyi idi”, - deyə Bodnar əlavə edib.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Şahdağa sulu qar yağıb

  • 23.04.2024 - 11:45
image

Azərbaycanda zəlzələ oldu

  • 23.04.2024 - 09:36
image

Rayonlara dolu yağdı - VİDEO

  • 22.04.2024 - 21:33
image

Bakıda taxta bazarı yanır

  • 20.04.2024 - 18:00
image

Paşinyandan ilk - Açıqlama

  • 20.04.2024 - 14:37