Cümə, 19 Aprel

Azərbaycan partiyaları referendum istəyir: proporsional sistemin bərpası

image

Bir müddətdir ki, Azərbaycanda partiyaların dirçəldilməsi məsələsi gündəmin müzakirə mövzularından birinə çevirilib. Partiya sədrləri parlament seçkilərində proporsional (partiya siyahısı ilə seçkiyə qatılmaq) sisteminin bərpa olunması mövqeyindən çıxışlar edir. 

Sistemin bərpasına görə iqtidar müxalifətə görə referendum qərarı verə bilərmi?

Məsələ ilə bağlı partiyaların mövqeyini öyrənib.

REAL partiyasının rəsmisi Natiq Cəfərli hesab edir ki, Azərbaycanda proporsional seçkiyə keçid ideoloji diskussiyanı gücləndirə bilər:

“Əslində parlament seçkilərində proporsional sistemə keçidlə bağlı ən çox müzakirələr açan və bu təklifləri dəfələrlə səsləndirən REAL partiyası olub. Hətta 2013-cü ildə ilk qəbul olunmuş proqramda əsas prioritetlərdən biri seçki sisteminin dəyişdirilməsi və proporsional seçkiyə keçidlə bağlıdır. Proporsional seçki ölkədə siyasi münasibətlərin daha sağlam təməllər üzərində qurulması üçün yaxşı fürsətlər açır. Həm də partiyaların institutlaşmasına kömək olacaq. Azərbaycanda ən çatışmayan şey partiyaların institutsonal olaraq ideoloji əsaslarla formalaşmamasıdır. Demək olar ki, bütün partiyalar şəxslər ətrafında formalaşıb. İstər iqtidar, istərsə də müxalifət partiyaları olsun, eyni qaydada formalaşıb”.

Milli İstiqlal Partiyasının sədri Arzuxan Əlizadə qeyd edib ki, Azərbaycanda proporsional seçki sistemi 2002-ci il referendumunun nəticələrinə əsasən ləğv edilib:

http://aftafa.tv/M0/1/2021/04/images/20210423_155734_1619179054_62198c97d5.jpg

“Bununla da siyasi partiyalaşma institutuna ciddi zərbə vurulub. Biz, Azərbaycan Milli İstiqlal Partiyası olaraq bu illər ərzində dəfələrlə Parlament seçkilərinin proporsional və ya ən azından qarışıq seçki sistemi əsasında keçirilməsinin vacibliyini vurğulamış və bununla əlaqədar təkliflərimizi də vermişik. Sonuncu belə yazılı təklifimizi ötən ilin mart ayında hakimiyyətə təqdim etmişik və ardıcıl olaraq bu günədək media qurumlarına açıqlamalarımızda məsələ ilə əlaqədar davamlı çağırışlarımızı edirik.

Azərbaycanda mövcud olan hazırki mojaritar seçki sistemi partiyaların inkişafına deyil, daha çox zəiflədilməsinə, sıradan çıxarılmasına xidmət edir. Ümumiyyətlə isə cəmiyyətin və dövlətin inkişafı ədalətli seçki sisteminə bağlı olan məsələdir. O səbəbdən də proporsional seçki sisteminin bərpası da daxil olmaqla bu sahədə ciddi islahatlara gedilməlidir.

Mövcud hakimiyyət bu məsələyə müxalifətin istəyi və ya tələbi kimi deyil, dövlətin təməl prinsiplərini möhkəmlətmək, ölkədə seçkili qurumların rolunu artırmaq prizmasından yanaşmalı və adekvat addımlar atmalıdır. Nəzərə alınmalıdır ki, Azərbaycan dövlətinin gücünün daha da artırılması, olkədə demokratik mühitin və demokratik institutların inkişafı bunu tələb edir. Təbii ki, bu islahatlar özündə konstitusion dəyişiklikləri ehtiva etdiyindən referendum keçirilməsinə də zərurət yaranacaqdır”.

AĞ Partiya başqanı Tural Abbaslı qeyd edib ki, bu, əslində çoxpartiyalı sistemin dirçəlməsidir:
“Bu da dolayısı ilə siyasi səhnənin, ölkənin dirçəlməsidir. Əslində partiyaların sıradan çıxması hakimiyyətin zamanında yürütdüyü yalnış siyasətin nəticəsidir. Partiyaların sıradan çıxması ilə ən böyük ziyan iqtidara dəyib. Daxili siyasi institutlar zəiflədkcə burada tək müxalifət deyil Yeni Azərbaycan Partiyası da sıradan çıxır. Çünki rəqabət olmadığı yerdə partiyalar inkişaf edə bilməz. Partiyaların inkişaf etməməsi də siyasətin inkişaf etməməsidir. Siyasətin inkişaf etməməsi dolayısı ilə dövlətin geridə qalması deməkdir.

http://aftafa.tv/M0/1/2021/04/images/20210423_155740_1619179060_d48585af12.jpg

Biz illərdir deyirik ki, referendum keçirilməlidir, proporsional seçki sistemi bərpa olunmalıdır. Bu, tək partiyaların dirçəldilməsi üçün deyil, eyni zamanda siyasətin peşəkarlaşdırılması üçün  lazımdır. Çünki bu gün parlamentin tərkibinə baxsaq, görərik ki, orada nə qədər təsadüfi insanlar var. Alverçidən tutmuş yumurta satan, motel, otel işlədənlərə qədər kim varsa, parlamentə doluşub. Dövlətin qanunverici orqanı iflic vəziyyətə düşüb. Bütün bunların düzəldilməsi və siyasi səhnənin daha da peşəkarlaşması üçün proporsional seçki sisteminə keçid labüddür. Buna görə refenduma gedilməlidir”.

 

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

İzmirdə zəlzələ oldu

  • 19.04.2024 - 13:18
image

İsrail İrana zərbə endirib

  • 19.04.2024 - 09:20
image

Bu ölkə İrana nota verdi

  • 15.04.2024 - 15:17