Bazar, 05 May

Aİ Azərbaycan və Ermənistana çağırış etdi

image

Avropa İttifaqı (Aİ) Azərbaycan və Ermənistan silahlı qüvvələri arasında Laçın dəhlizi ətrafında və təmas xəttinin digər yerlərində baş vermiş hərbi toqquşmaları dərhal dayandırmağa çağırır.

Xəbər verilir ki, bu barədə Aİ-nin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsinin sözçüsü Peter Stanonun bəyanatında qeyd olunub.

“Təəssüflər olsun ki, bu toqquşmalar artıq insan tələfatına və yaralanmalara səbəb olub. Gərginliyi azaltmaq, atəşkəsə tam hörmət etmək və danışıqlar yolu ilə həll yollarını axtarmaq üçün danışıqlar masasına qayıtmaq vacibdir”,- deyə bəyanatda qeyd olunub.

Peter Stanon Avropa İttifaqının gərginliyin aradan qaldırılmasına kömək etmək və Cənubi Qafqazda davamlı sülh və sabitlik istiqamətində fəaliyyətini davam etdirmək öhdəliyinə sadiq qaldığını vurğulayıb.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

5-6 mayla bağlı XƏBƏRDARLIQ

  • 04.05.2024 - 18:24
image

İsa Qəmbər qayıdır?

  • 02.05.2024 - 14:58
image

Sabah 28° isti olacaq

  • 01.05.2024 - 13:15