Bazar, 05 May

Ermənilərin yaratdığı gərginliyin PƏRDƏARXASI

image

“Qarabağ ərazisində qeyri-qanuni yerləşdirilmiş Ermənistan ordu birləşmələrinin son günlər yenidən aktivləşməsi və əsgərimizi şəhid etməsi sülh danışıqlarını gündəmdən çıxarmaq məqsədi güdür. Ermənistan tərəfi birmənalı olaraq bu gərginlikdən ziyanla çıxacağından əmindir, amma onların bundan sonra itirəcəkləri heç nə yoxdur. Yaxşı bilirlər ki, Azərbaycanın ordusu onları xoş-zor Qarabağın ərazisindən qovacaq. Odur ki, gərginlik yaratmaqla məzlum erməni obrazı yaratmaq, bununla da ABŞ və digər tərəfdarlarını oyuna qatmaq istəyirlər”. 

Bu fikirləri açıqlamasında  BAXCP sədrinin müşaviri, politoloq Azər Qasımov deyib.

Politoloqun sözlərinə görə, erməni tərəfini Çin-ABŞ gərginliyindən sonra ABŞ-ın Tayvanın müstəqilliyini müdafiə etməsi yönündə atdığı addım şirnikləndirib:



“Ermənilər hesab edirlər ki, bu, onların da düşdüyü şərait üçün president yarada bilər və bu kimi təxribatlara özlərini gündəmə gətirmək istəyirlər. Bu, onlarda bir növ yanlış fikir yarada bilər ki, ABŞ Tayvan kimi onların da "müstəqillik" istəklərini qoruyacaq. Amma erməni tərəfi yaxşı başa düşməlidir ki, Tayvan və onların durumu tamamilə bir-birinə zidd durumlardır. Tayvan məsələsi geosiyasi məsələdirsə, bu məsələ regional məsələdir və buradakı Azərbaycan-Ermənistan arasındakı gərginlik ABŞ-ın da maraqlarına uyğun deyil. Bu baxımdan ki, son zamanlar ABŞ-ın dövlət rəsmilərinin hər iki ölkə ilə təmasları artıb. ABŞ Azərbaycan və Ermənistan arasında sülhdə maraqlıdır. Bu sülh Ermənistanı Rusiyanın monopoliyasından çıxaran faktordur ki, bunun da arxasında artıq geosiyasi maraqlar dayanır”. 

“Azərbaycan qətiyyətlə münaqişənin bitdiyini, heç bir beynəlxalq qurumun, o cümlədən də ATƏT-in vasitəçiliyilə ehtiyac olmadığını bəyan etsə də, erməni tərəfi hər dəfə təxribatlar törətməklə bu tezisi yoxa endirməyə çalışır. Əsgərimizin şəhid edilməsini artıq səbr kasasını dolduran son damcı kimi qəbul etmək olar. Azərbaycan ordusunun qəti və amansız şəkildə bu terror qruplarını məhv etmək üçün hərəkətə keçməsi an məsələsi olmalıdır. Azərbaycan ordusunun bu istiqamətdə qətiyyəti hiss olunur. Əminik ki, nə edəcəyini də yaxşı bilir. Düşmən bir dəfəlik susdurulmalı və dövlət sərhədlərimizdən kənara atılmalıdır” – deyə, politoloq sonda fikirlərini yekunlaşdırıb.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

5-6 mayla bağlı XƏBƏRDARLIQ

  • 04.05.2024 - 18:24
image

İsa Qəmbər qayıdır?

  • 02.05.2024 - 14:58
image

Sabah 28° isti olacaq

  • 01.05.2024 - 13:15