Çərşənbə, 15 May

Şuşa Rayon İcra Hakimiyyətinin yeri dəyişdirildi

image

Şuşa Rayon İcra Hakimiyyəti yeni ünvana köçürülüb.

Əldə etdiyimiz məlumata görə, Bakı şəhəri, N.Nərimanov rayonu, G.Qədirbəyova küçəsi 9 ünvanında yerləşən Şuşa RİH bir neçə gün ərzində binanı boşaltmalı olub.

Hazırda Şuşa RİH Koroğlu Rəhimov küçəsində yerləşən köhnə binaya qaytarılıb. 

Onu da xatırladaq ki, binada əvvəllər Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması İctimai Birliyi də fəaliyyət göstərib. Daha sonra bu birliyin sədri dəyişdirilsə də, icma fəaliyyətini bu binada davam etdirib. Torpaqlar işğaldan azad edildikdən sonra ictimai birlik adını və fəaliyyət istiqamətlərini dəyişdirib.

Qeyd edək ki, Şuşa RİH-in N.Nərimanov rayonu, G.Qədirbəyova küçəsi 9 ünvanında yerləşən binasının hansı dövlət qurumuna və təşkilata verilməsi hələ ki məlum deyil.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Leysan 28 nəfəri öldürdü

  • 12.05.2024 - 17:58
image

Bu gün imtahan VAR

  • 12.05.2024 - 09:00