Çərşənbə axşamı, 14 May

Müharibə mesajı verən Çinə qarşı həmlə - ABŞ donanması hərəkətə keçdi

image

ABŞ Hərbi Dəniz Qüvvələrinin aviadaşıyıcısı “Ronald Reyqan”ın öncüllük etdiyi zərbə qrupu Cənubi Çin dənizini tərk edərək Tayvanın cənub-şərq sularına istiqamət alıb.

Xəbər verilir ki, bu barədə Çinin SCSPI analitik mərkəzi məlumat yayıb.

Flotiliyanın adanın Cənub-şərq ucundan 800 kilometr aralıda yerləşdirilə biləcəyi deyilib. Amerika gəmiləri Filippinin Luzon adası ətrafında dövrə vurduqdan sonra şimala - Tayvana tərəf üzməyə başlayıblar.

“ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin Tayvana elan edilməmiş səfərini hələ də istisna etmək olmaz”, - SCSPI bildirib.

Yaponiyanın “Nikkei” nəşri yazıb ki, Pelosinin mümkün səfəri ərəfəsində Pentaqon Tayvana əlavə qüvvələr, o cümlədən təyyarədaşıyan gəmilər göndərməyə başlayıb. Bundan əlavə, Tayvan və Amerika rəsmiləri Ağ Evin narahatlığına baxmayaraq, siyasətçinin adaya gəlmə ehtimalının olduğunu bildiriblər.

Bundan əvvəl Çin Xarici İşlər Nazirliyi xəbərdarlıq edib ki, Pelosinin səfəri baş tutsa, Çin ordusu sakit durmayacaq. Açıqlamada qeyd edilib ki, Pelosinin ABŞ hökumətində üçüncü ən mühüm şəxs statusuna malik olması səbəbindən onun Tayvana səfəri ağır nəticələrə gətirib çıxaracaq.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Leysan 28 nəfəri öldürdü

  • 12.05.2024 - 17:58
image

Bu gün imtahan VAR

  • 12.05.2024 - 09:00